Hadrut olayı və Rusiya sülhməramlısının erməniyanlı məramı

11:45 28-12-2020 | icon 755 | Siyasət
Hadrut olayı və Rusiya sülhməramlısının erməniyanlı məramı

Könül İsmayılova: “Hadrutda baş verənlərin birbaşa səbəbi Qarabağda nəzarətin bu sülhməramlılarda olmasıdır”

 

 

“Yenə erməni terrorçuları və “sülhməramlı” adı ilə Qarabağda yerləşən ruslar torpaqlarımızda özbaşınalıq edirlər. Dünən gecədən pis xəbərlər gəlməyə başlayıb. Belə deyilir ki, Hadrut ərazisindəki meşələrdə erməni diversantlara qarşı antiteror əməliyyatı aparılır. Bu əməliyyatlar Xocavənd rayonundakı Tuğ kəndinin yaxınlığında davam edib. Eyni zamanda iki şəhidin olduğu, üç erməninin əsir alındığı iddia edilir. Sual yaranır – Rusiyanın sülhməramlıları hansı məramla torpaqlarımızdadır”.

 

Bunu Versus.Az-a Dünən Hadrut ətrafında erməni terrorçuların sülhməramlıların gözü qarşısında təxribatlara əlatması ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül xanım hesab edir ki, Hadrutda baş verənlərin birbaşa səbəbi və obyektiv vəsiləsi Qarabağın bir hissəsinin Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olmasıdır. Siyasətçi xanımın sözlərinə görə, Rusiyanın bu məramı bəlli olmayan fəaliyyəti sayəsində Qarabağda belə insidentlər davam edəcək:

 

“Müşahidələr də göstərir ki, erməni yaraqlılar rusiyalı sülhməramlıların kontrolundakı ərazilərdə özlərini rahat, təhlükəsiz hiss edirlər. Təsadüfi deyil ki, onların bu birgəliyi sayəsində Azərbaycan vətəndaşları hələ də Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran kimi yaşayış məntəqələrimizə daxil ola bilmirlər. Yəni sıravi vətəndaşlarımız üçün daxil olmaq mümkün deyil. Səbəbi də hər kəsə bəllidir - həmin əraziləri Rusiya ordusunun "sülhməramlı" hərbçiləri nəzarətə almaq istəyirlər”.

 

Könül İsmayılova Azərbaycanın Rusiya sülhməramlılarından imtinasının qaçılmaz olduğunu vurğulayıb. Bildirib ki, siyasi partiyalar bu yöndə birgə bəyanatla çıxış etməli, Azərbaycan ictimaiyyətini ciddi narahat edən rus-erməni oyununa son qoyulması ilə bağlı çağırış etməlidir:

 

“Müharibə qurtarıb, amma yenə Şəhid xəbərləri alırıq. Bu çox ağırdır. Müharibənin yaşatdığı itkiləri anlamaq olar. Amma müharibə bitdi deyərkən hələ də itki vermək narahatlığımızı artırır. Müharibə istəyirlərsə, müharibəyə davam edək, yox, terrorçuluğu seçirlərsə, onda Rusiya özü bacarmırsa, zəhmət çəkib dursun kənarda, Əsgərlərimiz o terrorçu erməniləri də necə susdurmağın yolunu bilir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr