"Rusiya sülhməramlıları Qarabağdadır, amma yenə şəhid var"

09:22 29-12-2020 | icon 328 | Siyasət
"Rusiya sülhməramlıları Qarabağdadır, amma yenə şəhid var"

 

Lalə Quliyeva: "Nazirlik deyir "bu kimi hal təkrarlanarsa..." - indi gözləməliyik ki, yenə şəhidlərimiz olsun?"

 

"Demək olar ki, 25 il ərzində ermənilər hər gün atəşkəsi pozurdular. Bu “atəşkəs” müddətində minlərlə şəhidimiz oldu. Azərbaycan xalqını aldadaraq “sülh danışıqlarla” başını qatıb, düşmənə layiqli cavabın verilməsindən çəkindirirdilər. Bizə sülh deyib, ermənilərə isə silah verirdilər. Sonra nə oldu? Hamısı darmadağın oldu. 30 ilə yaxın silahlanan erməni ordusu, Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində məhv olundu! Ordumuz bizə Qələbə gətirərək işğalda olan torpaqlarımızı azad etdi!"

 

Bu fikirləri Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.

 

L.Quliyeva vurğulayıb ki, Noyabrın 10-da məlum Bəyanat imzalanaraq Rusiyanın sülhməramlı qüvvələri Qarabağa yerləşdirilsə də, yenə də şəhidlərimiz var:

 

"Niyə, niyə olmalıdır ki? Müdafiə Nazirliyi məlumatında bildirir ki, “Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək”. Yəni, biz oturub gözləməliyik ki, yenə şəhidimiz və yaxud şəhidlərimiz olsun?!

Niyə dərhal anti-terror əməliyyatlara başlanılmır? Axı biz haqlıyıq. Biz ki, bu qəbul olunan Bəyanatı pozmadıq. Niyə bu Araikin hərəkətlərinə bizim rəsmilər cavab vermir? Niyə həbs olunmur? Cəmiyyətimiz bu sualların cavabını gözləyir".

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək. Azərbaycan Ordusunun anti-terror əməliyyatları davam edir.

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr