"Okeanın o tayı da, bu tayı da münaqişəni hərb yolu ilə həll edəcəyimizə inanmırdı"

10:48 30-12-2020 | icon 326 | Siyasət
"Okeanın o tayı da, bu tayı da münaqişəni hərb yolu ilə həll edəcəyimizə inanmırdı"

Fuad Əliyev: "...Amma Azərbaycan bunu sübut etdi, gücünü, iradəsini ortaya qoydu"

 

44 günlük müharibənin Azərbaycanın qələbəsi bu gün Ermənistan hakimiyyətini hələ də qorxu, çaxnaşma, qarşıdurma içində saxlamaqla yanaşı, acı etiraflara səbəb olub. Erməni xalqı baş nazir Paşinyanı dalana dirəyib, istefasını tələb edir. Səbəb – acı məğlubiyyət, minlərlə erməni gəncin ölümü, itkilər, Paşinyanın xalqını aldatması, üstəgəl sosial-iqtisadi durumun gündən-günə ağırlaşmasıdır. 30 il özünü “qalib” kimi hiss edən işğalçı ölkə 44 gün içində Azərbaycan qarşısında diz çökdü. Bu acı məğlubiyyət Ermənistanı parçalnmaya gətirib çıxarıb, ölkə yeni ili faciələrlə qarşılayır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev bildirib ki, Azərbaycanın müzəffər ordusunun işğalçı üzərində qələbəsi bu gün bütün dünya erməniləri və onların havadarlarını hələ də şokda saxlamaqdadır:

 

“İnanmırdırlar, ağıllarına belə gətirə bilmirdilər ki, Azərbaycan 44 gün ərzində işğal edilən bütün ərazilərini terrorçulardan təmizləyəcək. Okeanın o tayında da, bu tayında da rəsmi Bakının münaqişənin hərb yolu ilə həll edə biləcəyinə və bu məqsədlə riskə gedəcəyinə inanmırdılar. Amma Azərbaycan bunu sübut etdi, gücünü, iradəsini ortaya qoydu. Xalq-hakimiyyət-ordu birliyinin, həmrəylinin nəticəsində 30 il işğal altında saxlanılan bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalandı. Bu qələbə uzun illər Ermənistanı və onu himayə edən dövlətləri təşvişdə saxlayacaq”.


Başda Paşinyan olmaqla, hakimiyyət rəsmiləri Ermənistanda əsaslı sosial, iqtisadi böhranın, xalqın gərgin mənəvi-psixoloji duruma düşdüyünü, ölkədə daxili qarşıdurmanın pik həddə çatdığını etiraf edirlər.

 

ALDP sədri qeyd edib ki, Sovet İttifaqı dağılandan bu yana işğalçı Ermənistanda həyat heç də öz axarıyla getməyib. Ölkə iqtisadi, sosial çətinliklərlə üzləşib, demoqrafik balans kəskin pisləşib. Ermənistanda gənclər arasında işsizlik yüksək səviyyədə olub, əhalinin artım tempi isə azalıb. Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb ölkədə yoxsulluğun səviyyəsinin artması, ölkə iqtisadiyyatının çökməsidir. Hazırda Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizindən çoxdur. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü deməkdir. Bundan başqa, Azərbaycanla müharibədə Ermənistana bir neçə milyard ABŞ dolları civarında ziyan dəyib və bu da ölkə iqtisadiyyatını tamamilə dalana sürükləyib. Ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür.


ALDP sədri vurğulayıb ki, Ermənistanın müharibədəki məğlubiyyəti və cəmiyyətdə yaranmış xaos, qorxu insanların xaricə axınını daha da artırıb:

 

“Həmişə xalqına yalan vədlər verən hakimiyyət indi acı həqiqətləri etiraf etməyə başlayıb. Ermənistan prezidenti Armen Sarkisyan minlərlə gəncin ölümünün həm cəmiyyət, həm də onların ailələri üçün faciə olduğunu dilə gətirib. Bu faicə təkcə insan itkisi ilə deyil, bütün sahələrdə Ermənistanı cənginə alıb. Səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistana elə bir ağır zərbə vurulub ki, 15-20 ilə çətin özünə gələ bilsin. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”. /BayMedia/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr