Hafiz Hacıyev: “2021-ci ildən gözləntim paytaxtımızın Xankəndinə köçürülməsidir”

17:40 30-12-2020 | icon 624 | Siyasət
Hafiz Hacıyev: “2021-ci ildən gözləntim paytaxtımızın Xankəndinə köçürülməsidir”

“2020-ci il tarixə Ali Baş Komandanın rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsi zəfəri ilə yazıldı”

 

“2020-ci il Pandemiya ilə başlasa da daha çox Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan ərazilərinin bir hissəsinin erməni vandallardan təmizləməsi ilə yadda qaldı. Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə yeddi rayonumuzun işğalçılardan azad edilməsi bu tarixə qırmızı hərflərlə yazıldı”.

 

Bunu Versus.Az-a bitməkdə olan 2020-ci ilin yekunları ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

 

Partiya sədri 2020-ci ilin Şuşaya gediş-gəlişin az da olsa təmin edilməsi sevinci ilə də yadda qaldığını və qələbə ilimiz olduğunu vurğulayıb.

Hafiz Hacıyev 2021-ci ildən gözləntilərin də çox olduğunu qeyd edib:

 

“2021-ci ildən gözləntilərimiz ərazilərimizin qalan hissəsinin də erməni terrorçulardan təmizlənməsi, məcburi köçkünlərimizin yurd-yuvalarına qayıtmasını təmin etməkdir. Paytaxtımızın Xankəndinə köçürülməsi də mənim 2021-ci ildən gözləntimdir. İnanıram ki, bu, xalqımızın da arzusudur”.

 

H.Hacıyev rəhbəri olduğu partiya ilə bağlı arzu və gözləntilərini də dilə gətirib:

 

“Partiyamızın da istəyi budur ki, tezliklə Xankəndidə MMP-nin dayaq mərkəzi olsun, azad edilmiş rayonlardan olan təşkilatlarımız həmin rayonlara köçürülsün. Orda daha böyük siyasi fəaliyyətə başlayaq. Əminliklə deyirəm ki, rəhbərliyim altında oradakı bütün olan və yarana biləcək problemlərin hamısını həll edərəm. Ermənilər də qanunlarımızla, bizim pasportumuzla yaşamaq istəyər yaşayar, istəməz yol açıqdır, çıxıb gedərlər”.

 

MMP sədri qeyd edib ki, dövlət olaraq 2021-ci ildən gözləntilərimiz həm də arzularımızdır:

 

“İstərdik ki, yarımçıq qalan işlərimizi tamamlayaq. Ən vacibi Dağlıq Qarabağ məsələsidir. Rusiya sülhməramlılarının geri qaytarılmasını istərdik və biz siyasilər buna çalışmalıyıq. Çünki müharibə qurtarsa da erməni terrorçuları o rus məramlıların himayəsi ilə hələ də əskərlərimizə silahlı hücumlar edirlər. Rus sülhməramlısı bunun qarşısını ala bilmirsə, torpaqlarımızda nə gəzir? Ona görə də siyasi partiya olaraq Vətən Müharibəsində olduğu kimi, bu erməni terrorçularla və onları himayə edən sülhməramlılarla mübarizədə də Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməliyik. İstərdim ki, 2021-ci ildə iqtidar-müxalifət-xalq birliyi daha da möhkəmlənsin. İnanıram ki, bu birlik sayəsində 2021-ci ildə digər ərazilərimizin də təmizlənməsinə, Qarabağın yenidən qurulmasına nail olacağıq.

O cümlədən 2021-ci ildə Azərbaycanın dünya miqyasında daha da güclənməsini, söz sahibi olmasını arzu edirəm”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr