"2021-ci il xalqımızın ən ülvi, səmimi, müqəddəs arzularını həqiqətə çevirsin"
Fuad Əliyev: "44 günlük müharibədə bütün dünyaya sözün əsl mənasında həmrəylik nümayiş etdirdik"
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edirəm.
44 günlük Vətən müharibəsində dünyada yaşayan azərbaycanlılar bütün dünyaya sözün əsil mənasında həmrəylik nümayiş etdirdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə borcunu, Azərbaycan Ordusu Azərbaycan xalqınıb dəstəyilə yerinə yetirdi! Şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı! Birinci və ikinci Qarabağ müharibəsində olan bütün şəhidlərin ruhu şad olsun! Şəhid ailələri qarşısında baş əyirəm. Vətən sağ olsun! Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara, Allahdan şəfa diləyirəm! 44 gün ərzində bütün dünyaya nümayiş etdirən həmrəyliyimizi bundan sonra da qorumağı dünya azərbaycanlılarına arzulayıram.Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
Bayramınız mübarək olsun!"
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”