"Bu, Ankaranın Rusiya və Ermənistana mesajıdır"

12:50 01-01-2021 | icon 279 | Siyasət
"Bu, Ankaranın Rusiya və Ermənistana mesajıdır"

Elxan Şahinoğlu: "Rusiyalı hərbçilərlə erməni separatçıların Dağlıq Qarabağdakı fəaliyyətləri məhdudlaşdırılmalıdır"

 

"Türkiyənin müdafiə naziri Hulusi Akarın ilin sonuncu gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib:
 
 
"Birincisi, Türkiyə hərbçilərin Qarabağa gəlişi başlanıb və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi.
 
İkincisi, bu, Ankaranın Rusiya və Ermənistana mesajıdır ki, “Türkiyə ordusu artıq Qarabağda yerləşib”.
 
Üçüncüsü, Hulusi Akar telefon vasitəsilə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını ötürdü: “Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”.
 
Ermənistan rəsmiləri və müxtəlif siyasətçiləri illərdir Rusiyaya yalvarırdılar ki, “Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin”. Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq hazırda Kreml sahibi özü də etiraf edir ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək".
 
 
E.Şahinoğlu vurğulayıb ki, bizim üçün yeni dövr başlayır:
 
"Rusiyalı hərbçilərin erməni separatçılarla birgə Dağlıq Qarabağdakı fəaliyyətləri nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Bu vəzifəni Azərbaycan və Türkiyə hərbçiləri birgə yerinə yetirəcəklər. Ağıl oyunlarının mürəkkəb dövrünə qədəm qoyuruq və 44 günlük müharibədə olduğu kimi bu mübarizədə də qalib olmalıyıq!"
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr