“Moskva bəyanatında bir çox suallar açır qaldı”

10:37 12-01-2021 | icon 252 | Siyasət
“Moskva bəyanatında bir çox suallar açır qaldı”

Natiq Miri: “Kim zəmanət verə bilər ki, Ermənistan sabah bu dediklərindən vaz keçməyəcək?

 

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli Moskva görüşü baş tutub. 4 saat keçən üçtərəfli görüşdən sonra dövlət rəsmiləri bəyanat imzalayıblar. Üçtərəfli görüşün əhəmiyyəti və imzalanan bəyanatın bölgə, xüsusilə Azərbaycan üçün hansı vədlər verdiyi diqqət mərkəzindədir.

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Miri şərhində bildirib ki, Moskva görüşündə imzalanan bəyanatda bir çox suallar açıq qalır:

 

“Putinin açıqlamasına fikir versək, hiss olunur ki, görüşün müzakirə predmetinin sxemi əvvəlcədən cızılıb. Təqdimatda ictimaiyyətə açıqlanacaq məsələ daha çox erməni ictimaiyyətinin narahat edilməməsinə yönəlib. Bu bəyanatla bir növ Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olacaq hər hansı bir durumun olmadığı ortalığa qoyuldu. Fikir verdinizsə, Dağlıq Qarabağda stabilliyin təmin olunması və bundan sonra iqtisadi-ticari əlaqələrin yaradılması kontekstində nəqliyyat kommunikasiyaların açılmasının müzakirə predmeti olacağı vurğulandı”.

 

Politoloq bildirib ki, bəyanatda təqdim olunan müddüəlardan da görünür ki, görüşdə Dağlıq Qarabağ probleminin nizamlanmasından daha çox əsasən Rusiya, Ermənistan, Azərbaycan münasibətlərinin qurulması kontekstində müzakirələr aparılıb.

 

Onun sözlərinə görə, bəyanatda Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda bu prosesdə iştirak edən Türkiyəyə qarşı ərazi iddialarından rəsmi olaraq vaz keçməyən Ermənistanla əməkdaşlığın hansı şərtlə, necə mümkün olacağı göstərilməyib:

 

“Erməni silahlılarnın Qarabağdan çıxarılması və digər bu kimi məsələlər sənəddə yer almayıb. Görünür ki, məsələnin qeyri-rəsmi razılaşdırılmış məqamları var ki, bu məqamlar ictimaiyyətə təqdim olunmur. Bu da daha çox erməni ictimai rəyinə görə gizli saxlanır. Çünki məğlub tərəf olan Ermənistanda hələ də etirazları səngitmək mümükün olmayıb”.

 

Politoloq bir neçə əsas məqamı önə çəkib. O, bildirib ki, Azərbaycan onun müstəqilliyini qəbul etməyən bir Ermənistanla iqtisadi və ticari əməkdaşlığa və bu yöndə bütün kommunikasiyaların açılmasına necə razı ola bilər? Bu, sənəddə təsbit olunmayıbsa, hətta prezidentlər arasında şifahi razılaşma olsa belə, kim zəmanət verə bilər ki, Ermənistan sabah bu dediklərindən vaz keçməyəcək?:

 

“Bildiyimiz kimi hələ də Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi birmənalı olaraq bərpa olunmayıb. Bu kontekstə məliumdur ki, Qarabağda rus sühməramlıları həddini aşan davranışları, Azərbaycan əsgərinə qarşı terror hadisələrinin törədilməsi və erməni silahlılarının tərksilah edilməsi ilə bağlı məsələlər öz həllini tapmayıb. Doğrudur, Rusiya prezidenti Putin açıqlamasının ilk cümləsində Qarabağda stabilləşdirici addımların atılacağına işarə vurdu. Lakin əsas məsələlər açıq qalır”.

 

Politoloq Qarabağda mövcud problemlərin aradan qaldırılması kontekstində müzakirələr aparılmadığına görə bu bəyanatın Azərbaycanın maraqlarını tam şəkildə ifadə etmədiyini önə çəkib. O, hesab edir ki, Azərbaycan sərhədləri tam öz nəzarətimizə keçməyincə, Ermənistanla hər hansı iqtisadi, ticari, kommunikasiya əlaqələrinin qurulması Azərbaycan üçün təhlükəlidir. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr