"Bunun nəticələri Azərbaycanın xeyrinədir"
Ehtiram Mehtiyev: "Ola bilsin, bu layihələrdən Ermənistan da qazanacaq, amma..."
Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiys Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanatda gözlənildiyi kimi, kommunikasiyaların açılması məsələsi qabardılıb.
Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən MCP sədr müavini, Milli Məclisdə deputat köməkçisi Ehtiram Mehtiyev bildirib ki, regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və onun inkişafına həsr olunan işlək mexanizmi bütövlükdə Azərbaycanın milli maraqlarına və strateji hədəflərinə tam cavab verir.
Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan regionda cığal tərəf olsa da, əlaqələrin bərpası və birgə layihələrdə iştirak etmək lazımdır və bunun nəticələri Azərbaycanın xeyrinədir:
"Ola bilsin, bu layihələrdən Ermənistan da qazanacaq. Amma Ermənistanın coğrafi mövqeyini nəzərə alsaq, həmişə aparıcı tərəf Azərbaycan olacaq. Ermənistan və Rusiyanı birləşdirən yolun Azərbaycandan keçməsi ölkəmiz üçün böyük üstünlükdür".
E.Mehtiyevin sözlərinə görə, əsas məsələlərdən biri də Naxçıvan dəhlizinin tezliklə işə düşəcəyidir. Partiya yetkilisi vurğulayıb ki, bu, Rusiyadan Türkiyəyə yeni qapı olacaq və bu qapı da Azərbaycandan keçəcək:
"Bu yolun Naxçıvan, eləcə də Azərbaycan üçün böyük iqtisadi, sosial, siyasi əhəmiyyəti var. Eyni zamanda, bu yol türk dünyasını Mərkəzi Asiya ilə birləşdirəcəkdir. Hesab edirəm ki, region dövlətlərinin birgə layihələrdə iştirakı, həm də sülhün bərqərar olmasına zəmanət verəcək və Azərbaycan nəhəng nəqliyyat layihələrinin mərkəzinə çevriləcək. İnanırıq ki, bu məsələnin həlli nəticəsində Cənubi Qafqaz yaxın gələcəkdə münaqişələrdən təmizlənəcək və bütün dünya regionda sabitlik və firavanlığın şahidi olacaq".
E.Mehtiyev bildirib ki, işğaldan azad olunan torpaqlarda bərpa işlərinin aparılması məsələsi də dövlətimizin əsas hədəflərindən biridir:
"Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi hədəflərdən biri, bu ərazilərdəki tarixi abidələrin əsl simasının özünə qaytarılması, bölgənin, o cümlədən Şuşa şəhərinin Azərbaycan mədəniyyətində oynadığı təkrarsız rolun bərpa edilməsidir. Bu da qeyd olunan hədəflərə nail olmağımızı daha da sürətləndirəcək, milli mədəniyyətimizin inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradacaq".
Qeyd edək ki, E.Mehtiyevin bu açıqlaması Misir Ərəb Respublikasının tanınmış və ən çox oxunan saytında da dərcedilib.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”