"Rusiyanın Qarabağa sahiblənmək istəyinə son qoyulmalıdır"

19:27 18-01-2021 | icon 715 | Geopolitika
"Rusiyanın Qarabağa sahiblənmək istəyinə son qoyulmalıdır"

Elxan Şahinoğlu: "Lavrov növbəti açıqlamasında artıq bizim qapıya qol vurdu"

 
 

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmişəki kimi iki qapıya oynadı".

 
 
Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun brifinqdə "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur" fikirlərinin altında dayanan məqamları şərh edərkən  bildirib. 
 
 
"Lavrov mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar. Yəni ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi".
 
 
Politoloq hesab edir ki, Lavrov növbəti açıqlamasında artıq bizim qapıya qol vurdu. O Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi:
 
 
"Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi".
 
 
E.Şahinoğlu bildirib ki, bizim rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı bugünkü çıxışına reaksiyasımız olmasa, vəziyyət elə belə də davam edəcək, yəni Ermənistandan kimin kefi istəsə Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək:
 
 
"Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?"
 
 
 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr