“Bu olmadığı təqdirdə, Azərbaycan ərazilərində hava nəqliyyatı bərpa edilə bilməz”

11:21 19-01-2021 | icon 289 | Siyasət
“Bu olmadığı təqdirdə, Azərbaycan ərazilərində hava nəqliyyatı bərpa edilə bilməz”

Elxan Şahinoğlu: “Xocalı hava limanının bərpası bütün nəzarətin Azərbaycana keçməsindən başlayır”

 

Füzuli beynəlxalq aeraportunun təməli qoyulub və Prezidentin göstərişinə əsasən beynəlxalq aeroport bu il istifadəyə verilməlidir. Füzuli aeroportundan beynəlxalq uçuşların təşkil edilməsi də nəzərdə tutulur. Bir çox mənbələrdə Füzuli aeroportunun tikintisini Xocalı hava limanının hələ ki, istifadəyə verilməməsi ilə əlaqələndirilir. Məlumdur ki, dəfələrlə ermənilər Xocalı aeroportunun müxtəlif vaxtlarda açılacağı ilə bağlı elanlar versələr də, bu gerçəkləşə bilməz.

 

Xocalı aeroportu ilə bağlı yaranan mübahisəli məqamların fonunda Füzulu aeroportunun tikilməsi, Füzulidən Şuşaya yolun çəkilməsi nədən xəbər verir?

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bununla bağlı şərhində bildirib ki, Azərbaycan təbii olaraq Xocalı aeroportunu öz nəzarətinə götürməli, ora bizim hərbçilərimiz və gömrük xidmətimiz nəzarət etməlidir.

 

Politoloq, hazırda Dağlıq Qarabağa, Şuşaya səfərlər etmək üçün Füzulidə aeroportun olmasına ehtiyac olduğunu deyib:

 

“Bu il yay ayında Şuşada, Qarabağda böyük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ona görə də Füzulidə belə bir hava limanı tikilir. Amma bu o demək deyil ki, biz Xocalı hava limanından əlimizi üzmüşük. Bu belə deyil. Xocalı bizim nəzarətimizdə olmadığına görə, oradakı hava limanından hər hansı uçuşlara icazə verə bilmərik. Çünki oradan separatçılara silah-sursat daşına bilər. Xocalı hava limanı o halda işləyə bilər ki, həmin ərazilər tam olaraq bizim nəzarətimizdə olsun”.

 

Politoloq bildirib ki, hazırda Xocalıya və digər ərazilərə nəzarət edən Rusiya sülhməramlılarının fəaliyyəti faktiki olaraq Azərbaycana qarşı yönəlib:

 

“Sülhməramlılar separatçılarla birləşiblər. Rusiya sülhməramlılarının özbaşınalığının qarşısını almaq üçün bölgəyə Türkiyə hərbçiləri gəlməlidir. Ağdamda Monitorinq Mərkəzi faəliyyətə başlamalıdır. Bundan başqa biz Laçındakı dəhlizi nəzarətə götürməliyik. Elcə də Türkiyə hərbçiləri Laçın və Kəlbəcərdə də olmalıdır. Azərbaycan Laçın dəhlizində giriş-çıxışa nəzarət etməlidir. Həmin ərazilərə sərhədçilərimiz nəzarət etməsə, belə pozuntilar getdikcə davam edəcək. Bu olmadığı təqdirdə, Azərbaycan ərazilərində hava nəqliyyatı bərpa edilə bilməz. Xocalı hava limanının bərpası bütün nəzarətin Azərbaycana keçməsindən başlayır”. /“həftə içi”/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr