“Bayden xarici siyasətində əsas hədəf kimi Rusiyanı götürmək istəyir”

02:36 20-01-2021 | icon 444 | Geopolitika
“Bayden xarici siyasətində əsas hədəf kimi Rusiyanı götürmək istəyir”

Qabil Hüseynli: “Bayden Cənubi Qafqazdakı geosiyasi proseslərin yönünü dəyişmək imkanında deyil”

 

Yanvarın 20-də ABŞ-ın 47-ci prezidenti Con Bayden and içəcək. Baydenin Cənubi Qafqaz siyasəti və Azərbaycan üçün hansı gözləntilərin olduğu müzakirə olunmaqla birmənalı qarşılanmır. Xüsusilə də,  Azərbaycana qarşı 907-ci düzəlişin ləğv olunmasında əsas iştirakçı olan Baydenin Qarabağ məsələsində hansı rolu oynayacağı  siyasi ekspertlər tərəfindən maraqla izlənir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı şərhində politoloq Qabil Hüseynli bildirib.

 

Politoloq qeyd edib ki, hələ Bayden komandasını və xarici siyasətinin prioritetlərini tam formalaşdırıb başa çatdırmayıb. Buna baxmayaraq Baydenin fəaliyyətinin ayrı-ayrı seqmentlərinə diqət çəkərək növbəti addımlarının nədən ibarət olacağını təxmin etmək olar:

 

“Görünən odur ki, Bayden xarici siyasətində əsas hədəf kimi Rusiyanı götürmək istəyir. Rusiyanın artan millitarist potensialı, eyni zamanda dünyada oynadığı dezinteqrasiya rolu Baydenin diqqətindən yayınmayıb və bu məsələdə Rusiyanı sıxışdırmaq niyyətini bir neçə dəfə büruzə verib.

Bayden hələ Çinlə də münasibətləri formalaşdırıb başa çatdırmadığını deyir. Amma o, bu münasibətlərdə də sağlam rəqabət prinsipini əsas götürəcəyini iddia edir. Əslində Bayden Çini də sıxışdırmağa və Amerika ilə rəqabətdə onu arxa plana atmağa çalışacaq”.

 

Q.Hüseynli bildirib ki, bizim üçün ən təhlükəli məqam odur ki, Bayden hələ seçki ərəfəsində Türkiyə ilə münasibətlərdə xoşagəlməz münsibətlər səsləndirib. Ondan geri qalmayan Tramp da Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında qərar verdi:

 

“Belə görünür ki, Bayden də Türkiyəyə qarşı münasibətdə xoş olmayan bir mövqe tutmaq fikrindədir. Bu yanlış siyasətdir. NATO dövləti olan Türkiyəyə qarşı təkcə S-400 raketlərinə görə münasibətləri korlamaq, silah satışı üzrə embarqo qoymaq, ticarət əlaqələrində gəlir vergisi təyin etmək və sair kimi sərt addımlara əl atması Amerikanın özü üçün səhv bir proses olacaq. Çünki artıq Türkiyə oxdan çıxmış yaydır. Türkiyə artıq müstəqil və heç kimdən asılı olmayan bir siyasət yürüdür. Türkiyənin iqtiadi inkişafı normal vəziyyətdədir. Hərbi və iqtisadi məsələləri müstəqil şəkildə yönləndirmək gücündədir. Xüsusən, Avropaya qaz verilməsi məsələsində Türkiyənin böyük rolu olacaq. Amerika Türkiyəyə qarşı müəyyən embarqoları tətbiq eləsə, Türkiyə ona lazım olan hərbi və dinc xarakterli məhsulları özü yaratmağa can atacaq və buna nail olacaqdır”.

 

Politoloq hesab edir ki, ABŞ-ın Con Bayden hakimiyyəti dövründə Cənubi Qafqazda vəziyyəti qarışdıra biləcək siyasət yürüdə bilər. Q.Hüseynli bildirib ki, buna baxmayaraq bu gün Cənubi Qafqazda geosiyasi proseslər elə bir istiqamət alıb ki, Amerikann müdaxilə etməsi imkanları çox zəifdir:

 

“Bu bölgədə əsas rolu Türkiyə, Azərbaycan və Rusiya oynayır.  Bayden Cənubi Qafqazdakı geosiyasi proseslərin yönünü dəyişmək imkanında deyil. Ən azı 1-2 il Amerikanın başı Trampdan qalma problemlərin həllinə yönələcəkdir.  Amerikanın daxilində dövlət əleyhinə çıxışlar səngimək bilmir.  Bu proseslər müəyyən müddətdən sonra qaydasına düşə, yaxud düşməyə bilər. Mən bu gün Amerikanın Cənubi Qafqaza təsir etmək rıçaqlarını görə bilmirəm. Xüsusən, Azərbaycanla bağlı məsələlərdə hər hansı bir addım ata biləcəyini düşünmürəm.  Azərbaycan Avropanın enerji, nəqliyyat dəhlizində loqistik problemlərin həll olunmasında önəmli rol oynayır”.

 

Politoloq hesab edir ki, ABŞ-ın yeni hakimiyyəti dövründə Qarabağla bağlı müəyyən məsələlər qaldırıla bilər:

 

“Amma onlar bu məsələləri, hətta Minsk Qrupu çərçivəsində belə həll etmək gücündə deyillər. Minsk Qrupu tarixə qovuşub. Cənubi Qafqazda tamamilə yeni bir reallıq formalaşıb. Azərbaycan BMT-nin 30 ilə həyata keçirilməyən qətnamələrini özü yerinə yetirdi, öz ərazi bütövlüyünü təmin etdi. Bundan sonra ermənilər Dağlıq Qarabağın statusu məsələsini qaldıra bilər ki, buna da Azərbaycan-Türkiyə birliyi imkan verməyəcək.  Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir”. /“həftə içi”/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr