“Azərbaycan o heykəlin boğazına ip salıb elə tullayacaq ki, gedib Njdenin qəbrinə çatacaq” - MÜSAHİBƏ

19:44 28-01-2021 | icon 659 | Siyasət
“Azərbaycan o heykəlin boğazına ip salıb elə tullayacaq ki, gedib Njdenin qəbrinə çatacaq” - MÜSAHİBƏ

Fəzail İbrahimli: “Səbrlə necə uğurlar qazandıqsa, yenə də təmkinlə qısa zamanda öz məqsədimizə çatacağıq”

 

Faşist ideologiyasını müdafiə edən separatçı ermənilər bu gün də öz ənənəvi terrorçu ideologiyalarından əl çəkmir. Erməni terrorçuları 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin üzərində "Mİ-8 N72" helikopterini vuraraq 22 nəfər Azərbaycan ziyalısını qətlə yetirməsi faktını erməni millətçisi, faşist Qaregin Njdeyə Xocavənddə heykəl qoymaqla yenilədilər. Bu, artıq erməni həyasızlığının yüksək həddi kimi qiymətləndirilir.

 

Bu məsələ ətrafında Versus.az-a müsahibə verən Milli Məclisin Komitə sədri Fəzail İbrahimli xüsusi nüanslara diqqət çəkib.

 

- Fəzail müəllim, erməni millətçilərinin Qarabağa faşist heykəli gətirib qoyması nəyə hesablanır və Rusiya sülhməramlılarının bu prosesə laqeyd bir müşahidəçi kimi yanaşması hansı anlama gəlir?

 

- Bu məsələ kifayət qədə diqqətçəkən məsələdir. Hesab edirəm ki, dövlətin rəhbəri, xarici siyasət idarəsi var və bu məsələ ilə bağlı öz sözünü deyəcək. Dövlətin bu məsələlərlə bağlı vaxtında verəcəyi düzgün, təmkinli qərarlar hər birimiz tərəfindən dəstəklənəcək.

Sadəcə, erməni çox çətin durumda olduğu üçün bu cür vasitələrdən istifadə edir. Azərbaycanı avantüraya çəkmək,  yenidən hansısa ciddi addımlara əl atmağa sövq etmək cəhdləri var. Təbii ki, burda Rusiya sülhməramlılarının məsələyə sərgilədiyi laqeyd münasibəti müzakirə obyekti olacaq. Əgər sülhməramlıların məqsədi iki xalqın arasındakı münaqişənin qarşısını almaqdırsa, belə bir avanturist hərəkətə yol vermələri qınanılmalıdr. Hesab edirəm ki, bu, kifayət qədər ciddi fikir mübadiləsinə səbəb olcaq. Faşistlə əlaqəsi olan, faşistlərlə əməkdaşlıq edən, Rusiyanın həbsxanasında ölən bir cinayətkarın heykəlinin qoyulması zamanı Rusiya əsgərlərinin belə bir laqeyd münasibət sərgiləməsi onların işinə etimadsızlıq doğurur. Lakin məsələnin nəticəsinin necə olacağından asılı olmayaraq, bizim Dəmir yumruq var və biz ona arxayınıq.

 

- Bir çox mənbələr hesab edir ki, diplomatik münasibətlər sülhməramlıların erməniyə havadar - müşaiyətçi davranışına təmkinlə yanaşmanı tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın nəzarətində olmayan Qarabağ ərazilərində ermənilərin bu cür təxribatçı çıxışları tez-tez baş verir, bu proses ermənilərin “dama-dama” daha ağır təxribatlara hazırlanmasına gətirib çıxara bilərmi?

 

- Mən bunun baş verə biləcəyini güman eləmirəm. Sülhməramlılar üçtərəfli sazişə əsasən burdadır. Bu məsələdə üç dövlət - Azərbaycan, Rusiya və Ermənistan əldə olan razılaşmaya düzgün riayət etməlidir. İndi erməni tərəfinin başı özünün daxilindəki qeyriqalına qarşıb. Sadəcə müəyyən maraqlı qüvvələr var ki, vəziyyəti gərginləşdirib ölkə daxilindəki istəklərini reallaşdırmaq üçün növbəti təxribatlar törətmək istəyirlər. Siz elə bilməyin ki, Dağlıq Qarabağda 8 rayonun işğaldan azad olunması Rusiya tərəfindən bir sevgi ilə qarşılandı. Bu münaqişə, bir xristian cəbhəsinin yaranması ilə başa gəlmişdi. Bu 30 ildə işğalı reallaşdıran qüvvələr kim idi, Rusiya qüvvələri idi. Torpaqların işğal olunmasında o qüvvələrdən istifadə olunmuşdu. Amma bu dəfə arxasında durmadı. Çünki erməni onlardan üz döndərmişdi. Ermənistan respublikası SOROS-un ağuşuna atıldığı üçün Rusiya tərəfi onları cəzalandırdı və sübut etmək istədi ki, əlimi üzərindən çəksəm, səni SOROS-un da xilas edə bilməyəcək.

Yəni regionda hər kəs öz istəyini reallaşdırmaq istəyir. Təbii ki, Azərbaycan hamıya sübut elədi ki, o haqlıdır, öz torpağını azad etmək iqtidarındadır və sonuncu addımı atmağa hazırdır. Xalq-dövlət birliyi var, dünya dövlətlərinin sırasında durmağa layiq olan bir milləti, bir dövlət rəhbəri var. Sübut olundu ki, Ermənistan tərəfi elə rəzil günə düşüb, elə özünü itirib ki, gedib onun olmayan torpağa hansısa faşistin heykəlini qoyub. Azərbaycan o heykəlin boğazına ip salıb elə tullayacaq ki, gedib Njdenin qəbrinə çatacaq.

 

- Fəzail müəllim, təbii ki, ölkə içərisində hamı siyasətçi, diplomat deyil ki, belə halları eyni təmkin və səbrlə qarşılaya bilsin. Təbii ki, belə hallar insanları qıcıqlandırır.  Necə hesab edirsiz, ölkə daxilində sadə insanların bu cür qızışan emossiyalarından istifadə edrək, onu narazı kütləyə çevirməyə çalışan qüvələr varmı?

 

- Bəli, bunun üçün ciddi arqument axtaran qüvvələr var. O “5-ci kolon” deyilən qüvvələr hələ yox olmayıb. Bu gün də bir əli Rusiyanın, bir əli Avropanın cibində olan adamlar var.  Vəzifədən qovulan adamlar var, qisas almaq üçün fürsət axtarır. Məlumdur ki, bu gün böyük kadr islahatları aparılır. 20 il vəzifədə olan adam işdən çıxan kimi olur düşmən. Müəyyən adamlar var ki, onlar hər şeylə təmin olunub, amma daha böyük istəklər sahibidir. Amma bütün dünya gördü ki, Azərbaycanın dövlət başçısı özü də dediyi kimi, o nəyin nə vaxt edildiyini çox yaxşı bilir. Artıq Azərbaycana qarşı hər hansı əks münasibət, daxili təxribatçı addımlar uğursuz sonluqla bitir. Çünki bu gün Qarabağı xilas edən elə bir insan, lider, dövlət başçısı var ki, o, Azərbaycanın tarixinə xilaskarlıq imzası atıb, bu millətin ruhunu xilas edib. Bu milləti üzüqara olmaqdan xilas edib. Uzun illər biz ATƏT-in ağzına baxırdıq görək nə deyəcək. İndi isə bizim nə güzəşt edəcəyimizi gözləyirlər. Bütün bunları bilməyənlərin, görməyənlərin bir səbəbi var. Dövlətin uğurlarına sevinməyənlər bizdən deyil, onları xüsusilə qüvvə hesab etmək olmaz. Eləcə də genetik kodunda antiazərbaycan elementi daşıyan qüvvələr. Hələ 25-30 il qabaq deyirdilər ki, bizim respublikada 30 min erməni var. Yəqin ki, onların törəmələri var və müxtəlif qrumlarda adları, familiyaları dəyişib. Amma qəlbləri, ruhları ora ilə döyünür. Bunlar bu proseslərdə xamelyon rolu oynayırlar. Amma hamısı bu prosesdə xüsusi güc ola bilməz. Ən əsas odur ki, Azərbaycanın güclü ordusu var, Azərbaycanda siyasi sabitlik, xalq-hakimiyət birliyi var. Hesab edirəm ki, bu, kifayət qədər güclü amillərdir. Birincisi, biz bilməliyik ki, 200 ildən artıq xristian ağuşuna sığışıb, orda özünə qala qurub ordan başımıza qumbara yağdıran, 1 ilimizin təqvimin 11 ayında faciə yaradan düşmənə qalib gəlmişik. İkincisi, “böyük Ermənistan” ideyası darmadağın olunub. Gələcək nəsil bu ideyanın artıq puç olduğunu bu gün gördü. Bu ideya ilə siyasi hakimiyyətdə duranlar tamamilə yerlə yeksan olub. Üçüncüsü, Şuşada parlament binası tikmək istəyən və Dağlıq Qarabağ münaqişəsi müstəvisində hakimiyyətə gələn qüvvələr darmadağın olub. Artıq onlar siyasi meyitdir. Bu zəfər paradında cənab prezident öz sözünü deyib, bizim kim olduğumuzu dünyaya bəyan etdi. Və Ərdoğanın, “can sənə qurban Laçın” deməsi, məhv etməkdə olduğumuz erməniçiliyə, böyük Ermənistan ideologiyası tabutuna sonuncu mıxını vurdu. Artıq tabutdadır o proseslər.

 

- Bir qism insanlar da var ki, deyir, mən prezidentimə inanıram, ordumun gücünə inanıram, amma daim xəyanəti ilə üzləşdiyim özünü mənə dost göstərən Rusiya və onun sülhməramlısının dost münasibətinə güvənmirəm. Hər an arxadan zərbə vuracaqlarından ehtiyatlanıram...

 

- Bizim bir qardaş dövlətimiz var, o da Türkiyədir. Ruslar da öz Qafqaz maraqlarını həyata keçirirlər. Sadəcə olaraq, elə etməlidirlər ki, bizim maraqlarımız torqquşmasın. Kim deyir ki, Rusiya bizim qardaşdır və bizi qorumaq üçün ora gəlib. Bizim tək güvənc yerimiz Türkiyədir. Sülhməramlılar elə-belə gəlməyib. Amma bu dəfə elə məqamda gəldi ki, bizim xeyrimizə oldu, üç rayonumuzu müharibəsiz aldıq, Ermənistan kapitulyasiya aktına imza atdı. Böyük iddiaları olan işğalçı dövləti üzüqara millətə çevirdik. Düzdür, sülhməramlıların atdığı addımlar bizim istəyimizi tam ödəməsə də, hər halda  müharibə dayanıb.

 

- Fəzail müəllim, bizi ən çox narahat edən məsələ Laçın dəhlizinin olması və Ermənistan rəsmilərinin istənilən vaxt Qarabağa gəlib silahlı dəstələrlə görüşməsidir. Nəhayət buna da bir əncam çəkilməli deyilmi?

 

- Biz 20 il çox səbrlə hərəkət edib necə uğurlar qazandıqsa, yenə də təmkinlə qısa zamanda öz məqsədimizə çatacağıq. Bu prosesdə yenə topu-tüfəngi işə salıb bu məsələni həll etmək fikrinə düşənlər yanılır. Əbəs yerə demirlər ki, tökülən 100 şəhid qanının görə bilmədiyi işi, bir damla mürəkkəb həll edir. Bizim dövlət başçısımız bəyan etdi ki, Dağlıq Qarabağın status məsələsi cəhənnəmə getdi. Ona görə bu gün bizim ixtiyarımızda olan bir məsələ var - hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Biz dövlətimizin ətrafında sıx birləşməliyik. Qalan məsələləri dövlət, dövlət başçımız xarici siyasət, strateji kursumuza uyğun həll edəcək.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr