"Əliyevin bu təklifini digər liderlər dəstəkləyir"
Digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırıq.
Versus.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir:
“Bu bölgədəki normallaşma bütün regionun xeyrinə olacaq. Xüsusilə Ermənistan və xalqına faydalı olacaq. Yəni Ermənistanın da bu mənada konstruktiv addımlar atacağını gözləyirik”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”