Razi Nurullayev: "Ölkəmizə dəyişikliklər gətirəcəyik"
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev başda olmaqla MCP-çilər bu gün Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən abidəsini ziyarət ediblər.
Versus.Az xəbər verir ki, ziyarətçilər məzarın önünə tər güllər qoyub, mərhumun ruhuna rəhmət diləyiblər.
R.Nurullayev ziyarət zamanı çıxış edərək, builki ziyarətə Qarabağın düşmən tərəfindən işğal edilən ərazilərini azad etmiş xalqın nümayəndəsi kimi gəldiklərini vurğulayıb:
"Qələbənin qazanılması üçün bizim Partiya da milli birlik nümayiş etdirərək "hər şey qələbə üçün" dedi. Eyni zamanda, bu il biz ziyarətə Milli Cəbhə Partiyasının qeydə alınmış hüquqi təmsilçiləri kimi gəldik. Ümid edirik ki, Rəsulzadə-Elçibəy mütərəqqi ideyalarının daşıyıcısı olaraq xalqımızın daha yaxşı və ləyaqətli yaşaması üçün işlər görə biləcək və ölkəmizə dəyişikliklər gətirəcəyik".
SEVDA
Versus.Az