"Nə Monitorinq Mərkəzinə, nə də sulhməramlılara ehtiyac qalmayacaq"
Fuad Əliyev: "Vətəndaşlarımızın Qarabağa qayıdışı da mərhələli həyata keçiriləcək"
Xəbər verdiyimiz kimi, bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib. Artıq Mərkız ağacəkmə aksiyası da keçirib.
Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vurğulayıb ki, hələ öncədən cəmiyyəti narahat edən məsələlərin mərhələli şəkildə həll ediləcəyini bildirmişdi.
Partiya sədri qeyd edib ki, 10 noyabrda imzalanan Bəyanatda göstərilən bütün bəndlərin həyata keçirilməsinin şahidi olacağıq:
"Qardaş Türk əsgəri artıq rəsmi olaraq Qarabağdadir. Qarabağda bərpa işləri sürətlənir. Ərazilərimiz minalardan təmizlənir. Füzulida Beynəlxalq aeroport tikilir. Eyni zamanda bu bir il ərzində Şuşada Beynəlxalq Musiqi və Mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub".
Fuad Əliyev hesab edir ki, 2-3 aya vətəndaşlarımızın Qarabağa qayıtması başlanacaq. Onun sözlərinə görə, bu proses də mərhələ-mərhələ həyata keçiriləcək:
"İşğaldan azad edilmiş ərazilərimizdə bütün dövlət strukturlar, regional təşkilatlar fəaliyyətə başlayandan sonra nə bu Monitorinq Mərkəzinə, nə də Rusiya sulhməramlılarına ehtiyac qalmayacaq. Azərbaycan Prezidentinin də dediyi kimi, Qarabağda və ümumiyyətlə Azərbaycanda yaşamaq istəyən ermənilər qanunlarımıza tabe olacaqlar".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”