Deputatdan suyun qiymətinin artırılmasına ETİRAZ
Sabir Rüstəmxanlı: “Tarif Şurası hesabat verməlidir”
Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.
Versus.Az xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.
“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, - deyə S.Rüstəmxanlı əlavə edib.
O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir.
“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”