"Xalqı buna hazırlamaq lazımdır"
Yeni il bizim üçün yeni sessiya, qələbə ilə yanaşı, həm də məsuliyyət ilidir. Bu qələbəni necə təqdim etməyimiz bizim iş əmsalımızdan da asılı olacaq. Dövlət, millət, xalq formulunu gücləndirmək vacibdir.
Versus.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin iclasında deyib.
Suyun qiymətinin artması ilə bağlı danışan F.Mustafa əlavə edib ki, hansısa addım atmazdan öncə izah vermək, insanları buna hazırlamaq lazımdır:
"Mən su, qaz, eləcə də şəhidlərlə bağlı məqamı nəzərdə tuturam. Bir məmur bütövlükdə şəhid ailələrinin narazılığına səbəb oldu”.
F.Mustafa xalqın gələcəyə ilk dəfədir ki, böyük ümidlə yanaşdığını vurğulayıb:
“Yolların açılması, İran şirkətlərinin bura gəlməsinə şəraitin olması, Türkiyənin bölgədə fəallığı, Monitorinq Mərkəzində birgə fəaliyyəti əhəmiyyətlidir. Bu göstərir ki, Azərbaycan öz layihələrini qəbul etdirə bilər”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”