ADP prezidenti Tarif Şurasının qərarını ləğv etməyə çağırdı

17:53 01-02-2021 | icon 291 | Siyasət
ADP prezidenti Tarif Şurasının qərarını ləğv etməyə çağırdı

“Su təhcizatının keyfiyyətinin yaxşılaşdırılması adı altında belə bir addımın atılması əsassızdır”

 

“Benzin və dizel yanacağının qiymətinin artmasından sonra su təhcizatı ilə bağlı ikiqat bahalaşma onsuz da ağır sosial şəraitdə yaşamağa məcbur olan əhalinin iqtisadi vəziyyətini daha da gərginləşdirir”.

 

Versus.Az xəbər verir ki, bu barədə ADP-nin İdarə Heyətinin bu gün keçirilən tədbirində bildirilib.

 

Bu qərarı kəskin pisləyən ADP bildirib ki, su ehtiyatları ilə zəngin olan işğal olunmuş ərazilərin azad olunmasından sonra yaranacaq su bolluğu şəraitində su təhcizatının keyfiyyətinin yaxşılaşdırılması adı altında belə bir addımın atılması əsassızdır.

Partiya yetkililəri əhalinin sosial vəziyyətini, pandemiyanın ortaya qoyduğu problemləri, sağlamlığın qorunması, kənd təsərrüfatının stabil inkişafı kimi məsələləri nəzərə alaraq, ölkə başçısını bu qərarı ləğv etməyə çağırıb.

 

Tədbirdə Dağlıq Qarabağda Rusiya ilə Türkiyə Ortaq Mərkəzin açılışı məsələsinə də toxunulub. Qardaş Türkiyənin bu mərkəzin faliyyətində aktiv yer alması, üçtərəfli sazişdə nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizminə nəzarət etməsi yüksək dəyərləndirilib və monitorinq qrupunun bundan sonrakı fəaliyyətinə dair hüquqi mexanizmlərin hazırlanmasının vacibliyi vurğulanıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr