Qazın, elektrik enerjisinin qiyməti qalxacaq?
Fuad Əliyev: "Əhaliyə verilən sosial yardımlar artmalıdır"
Benzinin, dizel yanacağının ardınca suyun qiymətinin artırılması sosial narazılıq yaradıb. Sosial şəbəkələrdə bunu görməmək mümkün deyil. Bəzi ekspertlər isə qeyd edir ki, bahalaşma müxalifət partiyalarına hakimiyyətə qarşı istifadə etmək üçün fürsət yaradır. Müxalifətin sosial narazılıq artarsa, bundan rəqibinə qarşı yararlana biləcəyi iddia olunur. Hətta hökumət daxilində bunu bilərəkdən edən qüvvələrin olmasından da söz açılır.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qiymət artımının qaz və elektrik enerjisinə şamil oluna biləcəyini də ehtimal etdiyini vurğulayıb.
Qeyd edək ki, partiya sədri ilin əvvəlindən benzinin qiymətinin qalxmasının zəncirvari olaraq ərzaq, istehlak mallarının və digər xidmətlərin bahalaşmasına gətirib çıxaracağı proqnozunu vermişdi:
"Hesab edirəm ki, bundan sonra əhaliyə verilən qazın və elektrik enerjisinin də qiyməti qalxacaq. Suyun qiymətinin qalxmasına əsassız və məntiqsiz bir fikir səsləndirdilər ki, abunəçilərin sayı 200 min artıb. Belə olan halda əksinə olmalıdır. Çünki abunəçilərin sayı artdıqca, suyun maya dəyəri aşağı düşür. Bunu bilmək üçün iqtisadçı olmaq lazım deyil. Düzdür, bir neçə il bundan qabaq binaların üstündən bakların yığışdırılmasından sonra bəzi rayon və kəndlər istisna olmaqla, suyun daimi, yəni 24 saat verilməsinin şahidiyik. Belə olan halda boruların daha tez yenilənməsinə ehtiyac yaranır. Ona görə də yeni tarifə keçmək lazım idi. Sadəcə, bunu vətəndaşların hesabına deyil, tikilən yeni binanın hesabına etmək vacib idi. Aidiyyəti qurumun rəhbərliyinin tikdirdiyi villaların hesabına, yaxud xərclədikləri vəsaitlə azından 10 il suyun qiymətini köhnə səviyyədə saxlamaq olardı".
Fuad Əliyevin fikrincə, qaz və elektrik enerjisində gözlənilən qiymət artmına görə qabaqlayıcı addımlar atmaq lazımdır:
"Əhaliyə verilən sosial yardımlar artmalıdır, xüsusilə pandemiya dövründə”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”