Azərbaycan Xankəndi və Xocalıya necə girəcək?

11:31 02-02-2021 | icon 1057 | Siyasət
Azərbaycan Xankəndi və Xocalıya necə girəcək?

Özgür Tör: "O torpaqlar Azərbaycanındır və alınacaq"

 

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi oldu. Türk ordusu bu gəlişi ilə Qarabağdakı problemləri aradan qaldırmağa tam müvəffəq olmasa da, problemlərin həllinə kömək edəcək.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında ehtiyatda olan general-mayor Özgür Tör deyib.

 

Türkiyə generalı bildirib ki, infirormasiya savaşı müharibə qədər önəmlidir:

 

"Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox, dünya ictimaiyyətinə də mühüm bir mesajdır. Azərbaycan o topraqların əsl sahibidir. Buna baxmayaraq, problemin həlli illərdir ertələnirdi. Türkiyənin artıq bölgədə olması tərəflər arasındakı balansı tarazlaşdıracaq.

 

Xankəndidə, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi, Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnfirormasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində nəzarəti əldən vermək istəmir.

 

Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir". /milli.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr