"Buna sevinənlər xalqa qarşı çıxırlar"

08:49 03-02-2021 | icon 378 | Siyasət
"Buna sevinənlər xalqa qarşı çıxırlar"

Fuad Əliyev: "Əldə olunan vəsaitlər şişirdilmiş layihələr vasitəsilə məmurların cibinə gedir"

 

Son günlərdə dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Sözsüz ki, bu durum neft ixrac edən ölkələrə gələn gəlirlərin birbaşa azalması ilə nəticələnir ki, bu da Azərbaycanı narahat etməyə bilməz. Bəllidir ki, neft ixrac edən dövlətlərdə iqtisadiyyat böyük ölçüdə neftdən gələn gəlirdən asılı olur. Bu gəlir azaldığı zaman ən çox problemi əhali yaşayır. Sosial narazılıqlar da bu zaman daha çox baş qaldırır. Bundan da həmin ölkələrin müxalifət düşərgələri yararlanmaq üçün hərəkətə keçirlər. Belə halların indiyə qədər az şahidi olmamışıq. Hətta neftin qiymətinin ucuzlaşmasına sevinənlər, yaxud bunun olmasını arzulayanlar da tapılır. Misal olaraq, ötən ilin yayında neft kəskin şəkildə ucuzlaşdığı bir vaxtda Milli Şuranın iclaslarından birinin görüntüləri sosial şəbəkələrdə yayılmışdı. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli silahdaşlarına bunun xəbərini verərək muştuluq istəmişdi. Hətta reallıq hisslərindən kənara çıxaraq, inqilab edəcəklərini demişdi. Zaman kimi də artıq geridə buraxdığımız payız fəslini göstərmişdi...

 

İndi necə, müxalifət neftimizin dünya bazarında bahalaşmasına sevinir, yoxsa kədərlənir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bunu istəyənlərin xalqa qarşı çıxdığını bildirib:

 

Fuad Əliyev vurğulayıb ki, partiya olaraq, həm sevinir, həm də kədərlənirlər:

 

"Sevinirik, ona görə ki, dövlətimizin gəlirləri artır, əlavə vəsait əldə olunur. Kədərlənirik, ona görə ki, bu əldə olunan əlavə gəlirlər vətəndaşın güzəranının yaxşılaşmasına yönəlmir. Təqaüdçülərin, müəllimlərin, həkimlərin, sosial baxımdan aşağı səviyyədə olan ailələrin aldıqları pensiya, maaş və yardımlara əlavələr olsaydı, biz də sevinərdik. Şəhid ailələri və qazilərə aldıqları pensiyalara əlavələr olunsaydı, hamı buna sadəcə sevinərdi. Amma təəssüf ki, bu belə deyil".

 

ALDP sədri qeyd edib ki, əldə olunan vəsaitlər şişirdilmiş layihələr vasitəsilə məmurların ciblərinə gedir. Onun sözlərinə görə, bunun qarşısı alınmalıdır:

 

"Amma istənilən halda neftin qiymətinin ucuzlaşmasına sevinmək, bundan öz şəxsi maraqlarına görə istifadə etmək xalqa qarşı çıxmaqdır. Bizim büdcənin böyük hissəsi neftdən asılıdır. Əgər neftin qiyməti aşağı düşsə, deməli bütün sosial yardımlar dayanacaq, bu da vətəndaşların yaşamına birbaşa təsir edəcək.

Sonda bir daha qeyd edirəm ki, buna sevinənlər xalqa qarşı çıxırlar”. /"Yeni Müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr