"10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək"

15:40 04-02-2021 | icon 331 | Siyasət
"10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək"

Naqif Həmzəyev: "Hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar yeni sistemli və davamlı islahatlara yol açır"

 

"Milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli prioritetlərin mütləq üstünlüyü. Bütün bunlar ölkə başçısı İlham Əliyevin növbəti 10 il üçün təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramda öz əksini tapıb".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

O qeyd edib ki, rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarəolunmasında strateji planlaşmanın əsas hədəflərindəndir. Sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

 

Millət vəkili qeyd edib ki, son 17 ildə sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçən Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Onun sözlərinə görə, geniş sosial-iqtisadi infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi ölkənin hərbi qüdrətinə də müsbət təsir göstərib:

 

"Torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında bu amillərin həlledici rolu olub. Azərbaycanın hərb və diplomatiya sahəsində əldə etdiyi uğurlar bu gün yeni, sistemli və davamlı islahatlara yol açır.

Müstəqil və suveren Azərbaycan dövləti artıq yeni - 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələr müəyyənləşdirilib Ölkə başçısının təsdiq etdiyi sərəncamı dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Nəhayət, beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir.

Sadalanan prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edən Milli Prioritetlərdə Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşın maraqları dayandığı əsas götürülür.

Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram da məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzini, təhsilini, təmiz ekoloji mühitini təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr