Aprel-may aylarında ölkədə gərginlik yaradacaqlar - İDDİA

13:02 05-02-2021 | icon 1499 | Siyasət
Aprel-may aylarında ölkədə gərginlik yaradacaqlar - İDDİA

Hafiz Hacıyev qarışıqlıq salacaq şəxslərdən, onların havadarlarından danşdı

 

“Ramiz Mehtiyevin özü də, arvadı da çoxdan həbs olunmalı idi. Onların əllərində milyardlar var. Azərbaycanda xalqı dövlətdən narazı salan qrupların başında duran Ramiz Mehdiyev onun arvadıdır. Ramiz Mehdiyevin evində gizli iclasların keçirilməsi 5-ci kolonu başına yığıb əhatəsində olan nazirlərin, müəyyən MMC rəhbərlərinin dövlət başçısına xəyanət etməsini Hafiz Hacıyev 10 il qabaq deyib. Hafiz Hacıyev heç vaxt susmayıb və susası da deyil.

 

Bunu Versus.Az-a açıqlamasında hazırda xaricdə olan, baş verən son hadisələri izləyən, özünün dediyi kimi, lazımı yerlərə lazımı məlumatlar verən, lazımı anda lazımı məsləhətlər alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

 

Partiya sədri xatırlatdı ki, hamı susanda o, Səlim Müslümovun özünə 5 mərtəbəli villa tikdirməsi, villaya xüsusi lift qoydurması və bu kimi digər harınlığı barədə faktları hələ o vəzifədə olarkən danışmışd:

 

“Səfa Mirzəyevin o məktubu ortaya çıxsın”

 

“Amma Səlim Müslümovun həbsi gecikdi. Onunla bərabər Ziya Məmmədov həbs edilməlidir. Onun xaricdəku mülkü əlindən alınmasa, ölkədə heç vaxt sabitlik olmayacaq. Burda Ziya Məmmədovun qohumları, qız verib qız aldıqları var. Hakimiyyətdə “5-ci kolon”a işləyənlər onların təqdimatını bəh-bəhlə Prezidentə təqdim edir, Prezident də tək adamdır, bunlara etimad edir, fikirləşir ki, yəqin işlərində dürüstdürlər, həqiqətən də orden-medala layiqdilər, götürüb onları təltif edir. Bu da xalq arasında narazılğa səbəb olur. Ölkə başçısı indi çox məşğuldur, torpaqlarımızın azadlığı, ərazilərimizin quruculuğu, şəhid ailələri və qazilərimizin təminatı və sair məsələlərin həllinə diqqət edir. Tək adamdır, ona düzgün məlumatlar çatdırılmalıdır. Təəssüflər olsun ki, ətrafı da Ramiz Mehtiyevə, onun rəhbərlik etdiyi “5-ci kolon”-a xidmət edir. Mən dəfələrlə demişəm və yenə deyirəm ki, bu gün zaman o zaman deyil, ölkə başçısına qarşı xəyanət baş alıb gedir, o, təklənir. Ətrafındakı insanlar onun 44 günlük nailiyyətlərinin üstündın xətt çəkiblər. Son günlərdəki ictimai rəydə prezidentin reytinqinə baxın, görün nə yerdədir. Bunu bu səviyyəyə yendirənlər Səlim Müslümovlardı, Ramiz Mehtiyevin komandasıhəm də bu gün Prezident Aparatında da olan şöbə müdirləri, sektor müdirləridir”.

 

Hafiz Hacıyevin fikrincə, hazırda ölkədə vəziyyət çox gərgindir. Onun sözlərinə görə, nə qədər ki, Nazirlər Kabineti tam tərkibdə istefaya getməyib, nə qədər ki, təyin edilmiş deputatlar Milli Məclisdədir, nə qədər ki, Səfa Mirzəyev ordadır, gərgin olaraq da qalacaq:

 

“İcra başçıları dövlətlə xalq arasında baryer yaradıblar”

 

“Səlim Müslümov tutulub, nəyə görə Səfa Mirzəyev tutulmasın? Səfa Mirzəyevin istiqlalçı deputatlar haqqında məktubu ortaya çıxsın. Niyə imkan vermədi istiqlalçı deputatlara pensiya təyin edilsin. Bunların Hamısı Azərbaycanın gələcəyinə hesablanmış, Prezidentin reytinqinə mənfi təsir göstən amillərdir. Bu gün də həmin komanda bütün varlığı ilə çalışır, əlləri uzundur. İlham Əliyevdən hayıf almaq istəyirlər. İndi məni də öldürtmək istəyirlər, həyatıma böyük təhlükə var. Hər yerdə deyirlər ki guya mən kiməsə xəbərçilik edirəm. Mən bildiklərimin hamısını mətbuatda açıq şəkildə deyirəm. Baxmayaraq ki, Ramiz Mehtiyevin Prezident Aparatında olan kadrları fikrimizi kanallarda deməyə imkan vermir, sayələrində əyləncə, yüngül kanallara çevrilib. İmkan vermirlər ki, bizim partiyaların sədrləri televiziya vasitəsilə xalqla təmas qursunlar. Bunun özü də Prezidentə bir xəyanətdir və bunun da başında duranlar var. Onlar da təcili həbs olunmalı yoxlanılmalıdırlar”.

 

Hafiz müəllim yaxın zamanlarda Azərbaycana qayıdandan sonra internet televiziyalara, mətbuata yenə çəkinmədən öz sözünü deyəcəyini vurğulayıb. Bildirib ki, Ramiz Mehtiyev, onun arvadı, Səlim Müslümov - hamısı Azərbaycandan sürgün olunmalı, Ziya Məmmədov, Əli Abbasov da həbs edilməlidir:

 

“Sərhəd qoşunları xidməti təcili hakimiyyətdən getməlidir. O, çox ciddi oyunlara gedib. İndi müəyyən qiymətləri qaldıranlar var, onlar da düşünməlidir. Təcili Milli Bankın sədri vəzifədən kənarlaşdırılmalıdır. Rayon icra başçılarının da özbaşınalıqları göz qabağındadır. Azərbaycanda Xalq Fondu yaradılmalı və onların xaricə qoyduqları sərmayə, xalqdan oğurladıqları o fonda köçürülməlidir. Vəziyyəti düzəltmək üçün kardinal dəyişikliklər aparılmalıdır. Təcrübəli, prezidentinə sadiq adamlar pezidentin ətrafında toplaşmalıdır. Yoxsa, ay bu bunun xalası qızıdır, o bunun bacısı ilə bağa gedib, falan olmaz.

Mənim 10 il əvvək dediklərim bu gün öz təsdiqini tapdı. Hər halda dövlət başçısı təcili tədbir görməlidir. Onun aparatında olanlar yalan danışırlar. Heç bir tədbir görə bilmirlər. Hər şeyi prezidentin üsrünə atırlar. Prezident Aparatı hələlik gedən proseslərə lazımi qiymət verə bilmir. Qabaqlayıcı tədbir görə bilmirlər. Rayon icra başçıları dövlətlə xalq arasında böyük baryer yaradıblar. Çalışırlar ki, xalqla dövlət arasında uçurum yaratsınlar”.

 

H.Hacıyev aprel-may ayları üçün böyük qarışıqlıqların gözlənildiyini də vurğuladı. Bildirdi ki, çox ciddi məlumatlar var:

 

““5-ci kolon” aprel-may aylarında qarışıqlıq yaratmaqdan ötrü hərəkətə keçiblər. Bunun qarşısının alınması üçün hakimiyyətdə olanların əksəriyyəti həbs olunmalıdır”.

 

Prezidentin AzTv-nin müxbirinə verdiyi son müsahibəyə də toxunan MMP sədri maraqlı nüanslara diqqət çəkdi:

 

“Böyük həbslər gözlənilir”

 

“Adları çəkilənlərdən bir neçəsi əslində həmişə Prezidentə kömək ediblər. Həmin şəxslərin adlarının o qara siyahıya salınmasını istəməzdim. Yəqin ki, o insanlar da çalışırlar ki, gedib Şuşada Ali Baş Komandanımıza kömək etsinlər. Sadəcə olaraq, hələ indiki vaxtda bunlar tezdir.

Diqqət çəkən odur ki, Prezidenti təkləmək istəyənlər o müsahibədən öz maraqları yönündə istifadə etməyə çalışır. İstəyirlər ki, ölkə başçısını müdafiə efən bir-iki nazir var, onu da gözdən salsınlar.

Mən çox yaxın zamanda kim harda nə iş görüb, onu da ictimaiyyətə açacam. Böyük güclərin koalisiyasının harda yığışmasını deyəcəm. Saatı dəqiqəsi ilə. Nə işlər görməsi, xaricdə və daxildə hansı qüvvələrlə birləşməsi, hansı işləri görmək istəmələri barədə Azərbaycan xalqına müraciət edəcəm. Ölkə prezidentinin müdafiəsi ilə əlaqədar olaraq tədbirlərin görülməsi ilə bağlı müəyən partyalarla birgə ciddi addımlar atacağıq. Prezidentimiz də ona yalandan “can” deyənlərə inanmasın. Bu məmurlar dövlətin malını sümürüblər. Rövnəq Abdullayevi özü, qohumları ölkə başçısına qarşı açıq hücuma keçiblər.

Hələlik isə onu deyə bilərəm ki, yaxın günlərdə böyük həbslər gözlənilir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr