"Vətəndaş görür ki, şikayət etdiyi məmura heç nə olmur, əksinə..."

08:58 08-02-2021 | icon 384 | Siyasət
"Vətəndaş görür ki, şikayət etdiyi məmura heç nə olmur, əksinə..."

Fuad Əliyev: "Yeni kadrlar gəlməlidir – xalqı, Vətəni, dövləti sevən kadrlar"

 

Yenə də dəyəri milyonlarla vəsait şişirdilmiş layihəyə xərclənəcək və nəticədə vəsaitin böyük bir hissəsi onların ciblərinə gedəcək.”

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13”ə müsahibəsində bildirib.

 

Partiya sədri vurğulayıb ki, dəfələrlə məmurların korrupsiya işlərilə bağlı açıqlamalar verib, mətbuat vasitəsilə ictimailəşdirib.

 

Fuad Əliyev bildirib ki, dövlət başçısının da bu oliqarx-məmurlarla bağlı kifayət qədər məlumatı var. O, dəfələrlə öz çıxışlarında məmurlara xəbərdarlıq edirdi.

 

Bəzi məmurların rəhbərlik etdikləri təşkilatların Şuşada regional nümayəndəliklərinin açılması istəklərini məntiqsiz adlandıran Fuad Əliyev qeyd edib ki, bununla da oliqarx-məmurların öz ciblərin fikirləşirlər:

 

“Bu məmurlar özlərini fikirləşirlər. Rəhbərlik etdikləri nazirliklərin Şuşada nümayəndəliyini açmaqla, özləri üçün şərait qurmaq istəyirlər. Milyonlarla vəsait şişirdilmiş layihəyə xərclənəcək və nəticədə vəsaitin böyük bir hissəsi onların ciblərinə gedəcək. Bunlar bunu istəyirlər.”

 

ALDP sədri qeyd edib ki, dövlət başçısı da bilir ki, bu baş versəydi, cəmiyyətdə böyük narazılıq olardı:

 

"Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manatın xərclənməsi nəzərdə tutulub. Baxın, cəmiyyətdə bu xəbər necə qarşılandı. Hamı öz etirazını bildirdi. İndi təsəvvür edin, Şuşada adları çəkilən təşkilatların regional nümayəndəliyi üçün ofislər tiksələr, böyük etirazlara səbəb olardı.”

 

Azərbaycanda istefa mədəniyyətinin olmadığını vurğulayan F.Əliyev bildirdi ki, bu hamı üçün siqnal idi və yaxın bir zamanda bu oliqarx-məmurların işdən çıxarılmasını gözləyir.

 

Suyun qiymətinin qalxması məsələsinə də toxunan partiya sədrinin fikrincə, məntiqsiz bir fikir səsləndirdilər ki, abunəçilərin sayı 200 min artıb. Onun sözlərinə görə, belə olan halda əksinə olmalıdır:

 

"Çünki abunəçilərin sayı artdıqca, suyun maya dəyəri aşağı düşür. Suyun daimi verilməsi istər-istəməz boruların daha tez yenilənməsinə ehtiyac yaranır. Yeni tarifə keçməyi vətəndaşların hesabına yox, tikilən yeni binanın hesabına etmək olardı. "Azərsu" rəhbərliyinin tikdirdiyi villaların hesabına ən azı 10 il suyun qiymətini qaldırmadan saxlamaq olardı.”

 

DİN və DTX-nin korrupsiyaya bulaşmış məmurlara bağlı əməliyyatların həyata keçirilməsinin, ümumiyyətlə, həbslərin çıxış yolu olub olmamasına gəlincə, Fuad Əliyev bildidi ki, bu, zəncirvari bir məsələdir:

 

"Məmurlar bir biriylə qohum olublar. Bir məmur başqa məmurun övladını işə götürür. Uşaqları hüquq-mühafizə sistemlərində işləyirlər. Kim kimi həbs edəcək? Hamı bir-birlərinə kömək edir, goruyurlar. Mən bir neçə dəfə təklif etmişəm ki, Prezidentin yanında İctimai Şura yaranmalıdır. Bu İctimai Şurada mütləq müxalifət də iştrak etməlidir, cəmiyyət tərəfindən qəbul olunan ziyalılar olmalıdırlar. Vətəndaş görür ki, şikayət etdiyi məmura heç nə olmur, əksinə bir vəzifə də verilir, şikayət edənə isə təzyiqlər olur, problemlər yaranır. Ona görə də hüquq-mühafizə orqanlarına inam yaranmalıdır. Vətəndaş bilməlidir ki, gedib şikayət etsə, həmin məmur cəzalanacaq, daha şikayətçi özü yox. Yeni kadrlar gəlməlidir – xalqı, Vətəni, dövləti sevən kadrlar.”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr