“Azad olunmuş torpaqlarımızda təbiət balansı: mövcud vəziyyət və perspektiv layihələr”
Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda konfrans keçiriləcək.
Versus.az xəbər verir ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində fevralın 10-da keçiriləcək konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azad olunmuş torpaqlarımızda təbiət balansı: mövcud vəziyyət və perspektiv layihələr” mövzusunda təqdimat edəcək.
Energetika nazirinin müavini Elnur Soltanovun “Qarabağda Yaşıl Enerji Zonası: İmkanlar və Perspektivlər”, (Kənd Təsərrufatı Nazirinin müavini İlhamə Qədimova"Azad edilmiş torpaqlarda kənd təsərrüfatı imkanları" mövzusunda təqdmatlar etməsi nəzərdə tutulur.
Bundan başqa, "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi"nin icraçı direktoru Orxan Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə dövlət-özəl əməkdaşlığının perspektivləri, biznesin gözləntiləri” mövzusunda çıxış edəcək.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”