Biri daxili, digəri xarici siyasətə üstünlük verir
Fuad Əliyev: "Ola bilər ki, təkbətək görüşlər olub..."
Son illərdə ABŞ səfirliyi, eləcə də Qərb institutları Azərbaycan müxalifəti ilə təmasları azaldıb. Halbuki əvvəllər belə deyildi. Siyasi partiyalarla, QHT rəhbərləri, müxalif medianın baş redaktorları ilə görüşlər keçirilirdi. ABŞ səfirliyi bu istiqamətdə ən aktiv səfirlik hesab olunurdu. Amma indi belə deyil. Səbəb nədir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, ABŞ səfirliyi iki səbəbə görə bu görüşləri keçirmiyə bilər.
Partiya sədrinin sözlərinə görə, Tramp administrasiyası daha çox daxili siyasətə fikir verirdi:
"Tramp ABŞ iqtisadiyyatını yüksəltmişdi. Bu da Amerikanın dünyada mövqeyinin güclənməsinə səbəb olmuşdu. Digər səbəb kimi isə COVİD-19-u göstərə bilərəm. Belə ki karantin dövründə görüşlərin böyük formatda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Ola bilər ki, təkbətək görüşlər olub. Ona görə də, ABŞ səfirliyinin fəaliyyətsizliyi müşahidə olunub".
Fuad Əliyevin fikrincə, Bayden dövründə belə olmayacaq. Onun sözlərinə görə, Demokratlar Partiyası daha çox xarici siyasətə üstünlik verir:
"Başqa ölkələrdə ”demokratiya" adı ilə inqilablara dəstək verirdi, ölkələrin daxili işlərinə qarışırdı. Amma son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək". /Yeni Müsavat/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”