"Vətəndaşlardan bir xahişim var ki..."

11:25 12-02-2021 | icon 566 | Siyasət
"Vətəndaşlardan bir xahişim var ki..."

Fuad Əliyev: "Yoluxmanın azalması və vaksinasiya prosesinin başlanmasına görə arxayın olma"

 

“Bir il bundan əvvəl yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada geniş yayılması Azərbaycanda da bir sıra sərt tədbirlərin görülməsinə gətirib çıxardı. Məhz pandemiya başlayandan dövlətimizin atdığı mühüm addımlar ölkəmizdə bu bəlaya qarşı səmərəli mübarizə aparılmasına şərait yaradıb. Bu mübarizədə Azərbaycanın növbəti uğuru Cənubi Qafqazda ilk olaraq vaksinasiya prosesinə start verməsidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin sözlərinə görə, karantin rejimi tətbiq edilən ilk gündən dövlət tərəfindən görülmüş tədbirlər öz nəticəsini verib:

 

“Karantin rejiminin vəziyyətə uyğun tənzimlənməsi, qabaqcıl texnologiyaların tətbiqi ilə yeni laboratoriya və xəstəxanaların istifadəyə verilməsi, zəruri tibbi avadanlıq, dərman preparat və vasitələrinin ölkəyə gətirilməsi, ölkəmizdə tibbi maskaların, antibakterial vasitələrin istehsalı ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, həmçinin vətəndaşlarımızın karantin qaydalarına riayət etməsi ilə ciddi fəsadların qarşısı alındı. Beləliklə, demək olar ki, Azərbaycan dövləti pandemiya ilə mübarizədə bütün vacib tədbirləri görür və vətəndaşlarını qorumaq üçün mühüm addımlar atır”.

Fuad Əliyev deyib ki, artıq ölkəmizdə vaksinasiya prosesinin başlanması da bu işə xüsusi töhfə verəcək:

 

“Məlum olduğu kimi, yanvarın 18-dən risk qrupunda olan peşə sahiblərinə, fevralın 8-dən isə yaşı 65-dən yuxarı olan şəxslərə peyvənd vurulmasına başlanılıb. Azərbaycanda vaksinasiyanın uğurla yekunlaşacağı şübhəsizdir. Buna baxmayaraq, vətəndaşlardan bir xahişim var ki, yoluxmanın azalması və vaksinasiya prosesinin başlanmasına görə arxayın olmasınlar”. /Yeni Azərbaycan/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr