"Hakimiyyətdə yenilənmə axıra qədər getməyib"

 

11:01 16-02-2021 | icon 523 | Siyasət
"Hakimiyyətdə yenilənmə axıra qədər getməyib"
 

Ölkənin gündəmi 44 günlük Vətən Müharibəsindən sonra tam fərqli aspekdə inkişaf edir. İctimai-siyasi sferada cərəyan edən proseslər, son kadr islahatları, sosial-iqtisadi inkişafın mövcud tempi siyasi -ictimai təşkilatlardan adekvat addımlar atılmasını tələb edir. Ölkə və regionda baş verən proseslər siyasi təşkilatların dialoqunu daha da aktuallaşdırıb.

 
 
Versus.az xəbər verir ki, bu barədə müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib. 
 
 
 
-Fuad bəy, müharibədən sonra ölkədə yeni siyasi mühit yaransa da, sanki  iqtidar-müxalifət dialoqunun davamı olmadı? Necə hesab edirsiz?

-Mən deməzdim ki, dialoqun davamı olmadı. Müharibədən qabaq və müharibədən sonra görüşlər olub. Bu görüşlərdə fikir mübadiləsi aparılıb. Bu görüşlərin nəticəsi olaraq bir neçə məsələlər həll olunub. Hakimiyyət verdiyimiz təkliflərin bir neçəsini dəyərləndirib. Əslində verdiyimiz təkliflər illər boyu səsləndirmişik. 22 il ərzində siyasi, iqtisadi, sosial məsələlərlə bağlı təkliflərimizi rəsmi olaraq Prezident Administrasiyasına və Milli Məclisə göndərmişik.

 

-Yeni yaranan bəzi partiya sədrləri illər boyu səsləndirilən təklifləri sanki özünkiləşdirirlər.

-Əqər səsləndirilən bu təkliflər cəmiyyətimizə xeyir gətirəcəksə, qoy desinlər. Amma bəzi partiya sədrləri “liderlik” xəstəliyinə yoluxublar. 2002-ci ildə proporsional seçki sisteminin ləğvini referenduma çıxaranda ALDP yeganə partiya olub ki, bunun əleyhinə çıxıb. Düz bir ay ərzində ölkə boyu “Baş nazirin səlahiyyətlərinə -hə, proporsional seçki sisteminin ləğvinə -yox” kampaniyası aparıb. Daha sonra bir neçə partiyalarla görüş keçirib bu məsələni referenduma çıxarmaq təşəbüsü ilə imzatoplama kampaniyasına başlamışdıq. İcra hakimiyyətlərinin ləğvini 2000-ci ildən deyirik. Digər partiyalar da bu və digər məsələləri gündəmdə saxlayıblar. İndi mən demirəm ki, bu təkliflər ALDP-yə məxsusdur. Mən belə aşağı səviyyəli fikirləri heç vaxt səsləndirmərəm. İndi biri dünən partiya yaradıb, deyir ki “bu təkliflər bizə aiddir və bizdən başqa heç kim bunu demir”. İndi durub deyəsən ki, ALDP və digər partiyalar bunu deyəndə, sən o vaxt partiyada sıravi  üzv idin, sənin heç mətbuata çıxışın olmayıb.

 

-Fuad bəy, yenə də hakimiyyətdaxili çəkişmələr, həbslər, korrupsiya məsələləri gündəmi zəbt edib. İqtidar nümayəndələrini axşam məhkəmə ilə hədələyib, səhərsi gün belə fikirlərin olmadığını deyirlər. Sizcə nə baş verir?

-Hakimiyyətdaxili çəkişmələr həmişə olub və bundan sonra da olacaq. Hakimiyyətdə yenilənmə axıra qədər getməyib. Hakimiyyətdaxili mübarizə hələ də davam edir. 2020-ci ildə keçirilən parlament seçkiləri bunu bariz nümünəsidir. Parlament, demək olar ki, 95 faiz “özünü buraxanlardan” yenidən “formalaşdı”. İslahatlar yarımçıq oldu. Korrupsiya qurşanmış məmurlara, oliqarx-nazirlərlərə cinayət işi açılmalıdır və onlar həbs olunmalıdırlar. Yaşadıqları saraylara baxanda onlardan soruşmaq lazımdır – “Bu sarayı aldığın maaşa tikmisən?”. Onların yerinə gələnlər bilməlidirlər ki, bu yolu getsələr onları da həbsxana gözləyəcək. İndi isə bu məmurlar vəzifələrində qalmaq üçün, hər şeyə əl atırlar ki, islahatlar baş tutmasın.

-Amma bəzilər hesab edirlər ki, korrupsioner məmurları həbs etmək lazım deyil...

-Bilirsiz necədir... Bunu deyən adam guya hamıdan ağıllıdır, guya fərqli fikir səsləndirir. Əslində isə həmin məmurlara işarə edir ki, “mən sizi dəstəkləyirəm, siz də məni dəstəkləyin”. Bunu deyənlər xalqı təhqir edərək, özlərini fikirləşirlər. Bu çox səhv fikirdir. Bir daha deyirəm – korrupsiyaya qurşanmış məmurun bir yolu var, həbsxana yolu. Oğurlanmış pullarla sahib olduğu əmlaklar müsadirə olunmalıdır. Bunu etmək lazımdır ki başqalarına dərs olsun. (Baku News)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr