Deputatdan Əfv Komissiyasına MÜRACİƏT

12:16 17-02-2021 | icon 428 | Siyasət
Deputatdan Əfv Komissiyasına MÜRACİƏT

Razi Nurullayev: "Ondan daha çox iş alanlar və rəhbərlər azadlığa çıxıb, bu ananın oğlu isə..."

 

Millət vəkili Razi Nurullayev Əfv Komissiyasına müraciət edib. Müraciətlərindən biri İmişli rayonunun Şahverdili kənd sakini Bayramova Güllü Allahverdi qızının oğlu ilə bağlıdır.

 
 
Versus.Az xəbər verir ki,Güllü ananın həyat yoldaşı 40 yaşında vəfat edib. Qadın yeddi övladını tək böyüdüb.
Oğlu Rafiq Məmmədov Hüseyn oğlu 1993-cü ildə şəhid olub.
 
 
 
Millət vəkili Razi Nurullayev ananın müraciəti əsasında onu evində ziyarət edərək qayğıları ilə maraqlanıb. Öyrənib ki, Güllü ananın nəvəsi Məmmədov Sadiq Etibar oğlu 2010-cu ildə hərbidə şəhid olub. Güllu ananın oğlu, Məmmədov Etibar Hüseyin oğlu, Sadiqin atasının da bir il keçməmiş ürəyi partlayaraq ölüb. Şəhid anası olan Güllü ananın digər oğlu İlqar Məmmədov Hüseyn oğlu 2016-cı ildə "Aqrolizinq" işi ilə bağlı 8 illik həbsə məhkum edilib:
 
 
 
"Anbardar işləyib, çox şeyə ona qol çəkdiriblər. İlqarla bağlı əfv Komissiyasına müraciət etmişəm. İlqar Məmmədovla birlikdə həmin Aqrolizinqin müdri Raziyə 9 il, həmin Aqrolizinqin müsahibi Gözəlov İmanverdiyə isə 8 il cəza verilib. Razi və İmanverdi məhkəmənin qərarı ilə vaxtından əvvəl cəzadan azad edilərək azadlığa buraxılıb. Aqrolizinq ASC-nin rəhbərli tərəfindən verilən məktubda göstərilir ki, İlqar Məmmədovdan heç bir şikayətləri və tələbləri yoxdur. Hazırda Məmmədov İlqar Hüseyin oğlu vərəm xəstəliyindən də əziyyət çəkir. Ondan daha çox iş alanlar və rəhbərlər azadlığa çıxa bilir, "yetim" isə 5 ildir ki, cəza çəkir. Çoxdan əvfə düşməli idi. Niyə düşməyib, gərək araşdırılsın".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr