“İki oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt..."

12:31 17-02-2021 | icon 368 | Siyasət
“İki oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt..."

Fazil Mustafa: "Bundan qətiyyən dünya dağılası və virus yayılası deyil"

 

“Müşahidələrim onu göstərir ki, hansısa qüvvələr məqsədyönlü şəkildə, yaxud da bilmədən COVID-19-un yayılmasında rol oynayırlar. Bu qüvvələr kimlərdir? Doğrusu bilmirəm, ancaq əlamətlərini söyləmək mümkündür”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

Deputat metronun aylardır bağlı saxlanılmasına etirazını bildirib:

 

“Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. İş yerlərinə getmək üçün hamının şəxsi minik avtomobili yoxdur. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da, yenə tələbatı ödəmək mümkün deyil. Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib. İndi guya ayrıca avtobus üçün zolaqlar ayrılıb, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır”. 

 

F.Mustafa qeyd edib ki, hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür:

 

“Heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır”.

 

Deputatın sözlərinə görə, Türkiyədə və başqa müsəlman ölkələrində məscidlər fərdi ibadətə açıqdır:

 

“Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyil”. 

 

Millət vəkili toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsini də müəmmalı sayır: 

 

“Hər gün Bakının istənilən iaşə məkanlarına diqqət yetirin, yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki oxuyan, 50 qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, vətəndaşlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, restoran və ya şadlıq evi sahibini cəzalandırın”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr