Qənirə Paşayeva Taro Savadanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Qarabağ həqiqətlərinin dost Yaponiyada daha geniş yayılması barədə təkliflər səsləndirilib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın Beynəlxalq İnvestisiya şirkəti TET-in dirketoru cənab Taro Savadanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Versus.Az xəbər verir ki, Azərbaycan-Yaponiya əlaqələrindən danışan Qənirə Paşayeva, TET-in Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən onun Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda həyata keçirdiyi sosial layihələr, investisiya qoyuluşları barədə məlumatlı olduğunu bildirib.
Görülən işlərə görə cənab Savadaya təşəkkür edən Q.Paşayeva, iki dost ölkə arasında, mədəniyyət daxil olmaqla müxtəlif əməli fəaliyyət sahələri üzrə bağların güclənməsindən məmnunluğunu ifadə edib. Yaponiyaya səfəri və bu gözəl, maraqlı ölkə haqqında kitab yazdığını bildirən millət vəkili kitabda iki ölkə arasındakı münasibətlərdən də geniş bəhs olunduğunu vurğulayıb.
Görüş üçün təşəkkür edən T.Savada Azərbaycanın bölgələrində açılan və açılması nəzərdə tutulan müəssisələr, o müəssisələrdə gender bərabərliyinin yüksək səviyyədə gözlənilməsi, bölgə əhalisinin sosial-mədəni istəklərinin nəzərə alınması və hər yerdə korporativ məsuliyyət fəlsəfəsinə uyğun davrandıqlarını deyib. 44 günlük Vətən Müharibəsinə toxunan cənab Savada, rəhbəri olduğu şirkətin, şəxsən özünün Yaponiyada Azərbaycan həqiqətlərinin təbliğ edilməsində maraqlı olduğunu bildirərək, özünün bu sahədə atdığı addımlardan danışıb, Azərbaycana sevgisini ifadə edib.
Görüşdə qeyri-neft sektorunun inkişafı, insan kapitalı, mədəniyyətyönümlü layihələr, Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması, Qarabağda quruculuq, abadlıq dönəminin başlanması və bunların yaratdığı yeni imkanlar barədə də fikir mübadiləsi aparılıb.
Q.Paşayeva tanınmış rəssam Sabir Çopuroğlunun neftlə işlənmiş əsərini hörmətli qonağa bağışlayaraq “bu, maddi sərvətin sənətə çevrilməsinin gözəl örnəyidir, ümidvaram ofisinizdə öz layiqli yerini alacaqdır” deyib. Eyni zamanda "Xarıbülbül" rəsm əsərini də Yaponiya nümayəndə heyətinə təqdim edərək Qarabağın, Şuşanın zəngin mədəniyyəti barədə də geniş məlumatlar verib.
Görüşdə “MÜSİAD-Azərbaycan”ın İdarə heyətinin sədr müavini Rəşad Cabirli iştirak edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”