Məhəmməd Əsədullazadə: "Azərbaycan Türkiyə ilə bu məsələnin üzərinə getməli və silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır"
"Azərbaycanın Qarabağ bölgəsində Rusiyanın sülhməramli qüvvələrinin məsuliyyət zonasında ermeni silhahlı birləşmələri ilə bağlı ciddi fikir ayrılıqları var. 10 noyabr atəşkəs Bəyannaməsinin 4-cü bəndinə əsasən, tərəflər tutuqları yerdə dayanır və silahli erməni qüvvələri çıxaraq yerinə sülhməramlılar yerləşdirilir. Ermənistan tərəfi qeyd edir ki, silahlı qüvvələrini ərazilərdən çıxarıb və tutuqları mövqelərdə "Artsaxın" silahlı erməni birləşmələridir və onlar qalmalıdır".
Versus.Az xəbər verir ki, bunu şərhində Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq qeyd edib ki, ermeni tərəfinin irəli sürdüyü bənd yanlış təqdim edilir:
"Onların fikrincə bəyannamənin 4-cu bəndi o deməkdir ki, ermənilərin dayandıqları ərazilər ermənilərin nəzarətində qalır. Yəni, burada silahlı erməni birləşmələri dayandıqları mövqelərdə qalması kimi qeyd edilməməlidir. Həmin mövqelərdən silhahlı ermeni birləşmələri çıxır və Rusiya sülhməramlı qüvvələri yerləşir. Ermənistan isə, bu bəndi yanlış təqdim edir.
Bəyannamənin 4-cü bəndinə əsasən tərəflərin dayandıqları mövqe, heç də erməni silahlı qüvvələrin orada qalması anlamı vermir. Ona görə də Azərbaycan qəti şəkildə ermeni silahli birləşmələrinin çıxarılmasını tələb etməlidir. Orada silahlıların qalması Azərbaycanın milli təhlükəsizliyinənə və suverenliyinə ziddir. Həmçinin ermenilerin " Qarabağın müstəqilliyini" irəli surəcəklər. Hazırda 10 noyabr Bəyannaməsinin bir neçə bəndini ermenilər pozur və buna Rusiya sülhməramlı qüvvələri şərait yaradır".
M.Əsədullazadə bildirib ki, 10 noyabr Bəyannaməsində Dağlıq Qarabağ və status məsələsi yoxdur, burada silahlı erməni birləşmələrin çıxarılması bəndi var. Politoloqun sözlərinə görə, Azərbaycan haqlı olaraq bu bəndi irəli sürürək ermeni silahlı birləşmələrinin çıxarılmasinı tələb etməlidir:
"Əgər, erməni silahlı birləşmələri 10 noyabr razılaşmasına uyğun çıxarılmasa, Azərbaycanın əlində əsas olacaq ki, Rusiya sülhməramlı qüvvələri missiyalarını həyata keçirmir və Qarabağı tərk etməlidir. Azərbaycan Türkiyə ilə bu məsələnin üzərinə getməli və silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır. Prezident İlham Əliyev də silhahlı ermeni birləşmələrinin Dağlıq Qarabağın kiçik bir hissəsində qalmasında məmnun deyil. Məhz onların Qarabağda ləğv edilməsi istiqamətində işlərin aparılmasını istisna etmirəm.
Türkiyə Azərbaycan tandemi Dağlıq Qarabagda kiçik bir ərazidə ermənilərə heç vaxt müstəqillik verməyəcək. Silhahlı ermeni birləşmələri ləğv ediləcək".
SEVDA
Versus.Az