“Paşinyan hakimiyyətdə qalarsa...”
Mütəllim Rəhimli: “Bu isə Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması deməkdir”
Ermənistan Ordusunun Baş Qərargah rəisi Onik Qasparyan baş nazir Paşinyanın istefasını tələb edib. Bu fakt Ermənistanda dövlət çevrilişinin olacağı iddiasını ortaya çıxarıb. Ermənistanıda baş verənlərin Azərbaycana hansı təsirləri göstərəcəyi birmənalı qarşılanmır.
Versus.Az xəbər verir ki, politoloq Mütəllim Rəhimli açıqlamasında bildirib ki, hazırda Ermənistanda rusiyapərəstlər və qərbpərəstlər arasında aydın görünən xətt üzə çıxır.
Onun fikrincə, əgər bu zamanadək Rusiya Paşinyanla hər hansı məsələ ilə bağlı anlaşa bilərdisə, artıq bundan sonra bu, mümkünsüz görünür:
“Paşinyan rəqiblərinə üstün gələrək hakimiyyətdə qalarsa, Rusiya ilə bərabər tərəflər kimi deyil, qalib kimi davranacaq. Bu isə Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması deməkdir. Lakin Gürcüstandan sonra Rusiya Cənubi Qafqazın daha bir ölkəsini itirməsi ilə barışacaqmı. Bax əsas sual budur?”
M.Rəhimli hesab edir ki, əgər Yerevanda rusiyapərəstlərin arxasını Paşinyan indiki mərhələdə yerə vura bilsə, bunun əks-sədası Qarabağ və Azərbaycanla sərhəd bölgələrdən gələcək. Onun sözlərinə görə, Gürcüstanın anti-Rusiya qərarı Osetiya və Abxaziyanın itirilməsi ilə sonunclandısa, Ermənistanı nə gözlədiyini düşünmək lazımdı. Və əgər Paşinyan qalib gəlsə, Rusiya üçün yaxşı olmayan president yaradacaq.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”