“Ceyla Nağızadəyə sahib çıxaq”
Razi Nurullayev: “Məşqdən ayrılmasın, bayrağımızı dünya ölkələrində dalğalandırsın”
Millət vəkili Razi Nurullayev hərbçilər arasında ilk qadın çempionu Ceyla Nağızadə ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Versus.Az xəbər verir ki, Ceyla Nağızadə 2018-ci ildə Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qızıl mükafatını alaraq dünya çempionu olub. O, hərbçilər arasında ilk qadın çempiondur.
Ceyla Nağızadə İmişlinin Muradxsnlı kəndində anadan olub, orada qeydiyyatdadır, ata və anası da orada yaşayır.
Çempionumuz millət vəkili ilə görüşdə ev və işlə bağlı çətinliklərindən danışıb. Razi Nurullayev ona lazımi tövsiyyələrini verib, yönləndirəcəyini qeyd edib:
"Kənddə doğulub böyüyən bir xanım Dünya Çempionu olursa, bu bizim elimizin, obamızın adıdır. Deyir ki, oxuduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına da nənəsinin pensiyası ilə gedir.
Əslində, ölkəmizdə idmançılara qayğı var axı. Belə çıxır ki, bu da seçim üzrə olur. Nə isə. Hər halda, belə güclü xanıma çox yerlərdə ehtiyac var. Mən əlimdən gələni edəcəm, amma dövlət vəzifəlilərinin də Ceyla xanıma sahib çıxmasını istərdim. Qoy məşqdən ayrılmasın, bayrağımızı dünya ölkələrində dalğalandırsın”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”