"Maaş və pensiyaların artırılması vətəndaşlara xeyir gətirmir” - VİDEO
Fuad Əliyev: "Partiyaların yaranması, necə formalaşması, fəaliyyəti, nəticələri barədə elmi araşdırmaya ehtiyac var"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Hikmət Paşaoğlunun müəllifi olduğu “Açıq söhbət” verlişin qonağı olub.
Versus.Az xəbər verir ki, verlişdə ictimai-siyasi mövzuda fikir mübadiləsi aparılıb.
ALDP sədri bildirib ki, bir tərəfdən dövlət təşkilatlarında maaşlar qaldırılır, digər tərəfdəndə bazarda qiymətlərin qalxması müşahidə olunur:
“Dövlət başçısına hesabat verirlər ki, müəllimlərin, həkimlərin maaşları və pensiyalarını qaldırmışıq. Bunu deyirlər. Bəs, ərzaqların və digər məhsulların qiymətlərinin qalxmasını niyə demirlər? Bir ərzağın qiyməti ayın əvvəlində və ayın sonunda olan qiymətlə böyük fərq var. Maaş və pensiyaların artırılması vətəndaşlara heç bir xeyir gətirmir.”
Fuad Əliyev hesab edir ki, məmurların belə addımları vətəndaşları birbaşa dövlət başçısından narazı salır:
“Görünən odur ki, icra başçılarında, məmurlarda qorxu yoxdur. Keçən iki il ərzində bir neçə məmur və icra başçısı həbs olundu. Bəyəm bu həbslər digərlərə dərs oldu? Yox, olmadı. Çünki əmlakı müsadirə olunmayıb, oğurladığı pulları dövlətə qaytarmayıb. Həbs müddətində də “bəy” kimi günləri keçirdilər. Amma məmurun adı korrupsiyada hallanırsa, mütləq cəza almalıdır, əmlakı müsadirə olunmalıdır və oğurladığı pullar dövlət büdcəsinə qaytarılmalıdır. Bu mexanizm işləsə, onda digəri biləcək ki, onun da aqibəti əvvəlki kimi olacaq”.
ALDP sədri qeyd edib ki, AMEA-da Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsinin yaradılması, Mehdiyevin siyasi partiyalarla bu yolla əlaqələr qurmaq və paralel idarəçilik həyata keçirmək niyyəti güddüyünü hesab edənlər var. Onun sözlərinə görə, Partiyaların yaranması, necə formalaşması, fəaliyyəti, nəticələri barədə bir elmi araşdırmaya ehtiyac var:
"Əgər AMEA-da məhz bu işlə məşğul olacaq şöbə fəaliyyət göstərəcəksə, belə bir şöbənin yaradılmasını təqdir eləmək olar. Misal üçün, partiyaların tarixi ilə bağlı məlumatlar əldə etmək istəyəcəklərsə müraciət edə bilərlər. Düzgün Azərbaycan tarixini yazsalar, onda mənim adımı ən gənc prezidentliyə namizəd kimi qeyd etməlidirlər. Amma hansısa dövlət qurumu ilə paralel qurum yaratmaq məqsədi güdüləcəksə, bizim partiya ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Prezident Administrasiyasında Siyasi Partiyalar və qanunverici orqanla iş şöbəsi yaradılıb. Və həmin şöbə ilə siyasi partiyalar arasında yaxşı münasibətlər qurulub və səmərəli şəkildə inkişaf edir. Elmlər Akademiyasında yaradılan şöbə ümid edirəm ki, sırf elmi fəaliyyətlə məşğul olacaq.”
Cəbhə bölgəsində xidmət edən hərbi qulluqçuların kəsilən maaşlarına əlavələrə münasibət bildirən ALDP sədri vurğulayıb ki, bu xoşagəlməz məsələlərə cəmiyyətimiz vaxtında reaksiya verdi:
"Hamılıqla buna etirazımızı bildirdik. Və çox xoşdur ki, bu məsələ öz həllini tapdı. Biz cəmiyyət olaraq şəhidlərə, qazılərə, bizə qələbə sevinci yaşadanlara əsgər və zabitlərə borcluyuq. Onların haqqını indi biz qorumalıyıq”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”