Deputat bu qadınları tənqid etdi
Eldar Quliyev: “Haradadır bunların valideynləri, ailə tərbiyəsi?!”
“Bakıda qadınlar aksiyası keçirməklə dünyada bizi biabır edirlər. Ayıb deyil zınqırovları da bağlayıb deyirlər ki, bizim namusumuzu küçəyə qoyublar, qadınların öldürürlməsi siyasidir?! Heç görmüsünüz, hansısa qadın siyasi səbəbdən öldürülsün?! Bu yaşa gəlmişəm, Azərbaycanda hansısa qadının siyasi motivlə öldürülməsi faktı ilə rastlaşmamışam. Belə hadisələr qeyrət, namus üstündə, məişət problemləri zəminində, baş verə bilir, amma siyasi olduğunun şahidi olmamışam”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat iddiaların yalan olduğunu bildirib:
“Bu qədər yalan olmaz, özümüz özümüzü bütün dünyaya biabr edirik. Axı biz həmişə təkcə müsəlman dövləti kimi yox, həm də sivil dövlət kimi maddi mədəniyyətdən, qeyrətdən danışırıq. Başa düşürük, gənclik illərində fəallıq yaxşıdır, amma özümüzü belə biabır etməli deyilik, ən böyük nemətimiz qızlarımızın ismətidir. Azərbaycan böyük bir ailədir, ailəni isə bu şəkildə pozmaq olmaz”.
E.Quliyevin sözlərinə görə, Azərbaycan xanımları bir sıra hüquqlar barədə narahatlıq keçirə bilərlər, amma nəzərə almaq lazımdır ki, bura Avropa deyil:
“Bilirsiniz ki, əslən Bakı kəndindənəm, bizim tərəflərdə bunun üstündə adam öldürürlər. Bəs haradadır bunların valideynləri, ailə tərbiyəsi?! Mənim 70 yaşım var, iki nəfər arasında söhbət edəndə qızarıram, bunlar necə utanmırlar?! Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neynirsən? Dedi həftəsonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir”. /Pravda.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”