“Feministlər ailə dəyərlərini dağıtmaq istəyirlər”

16:40 09-03-2021 | icon 603 | Siyasət
“Feministlər ailə dəyərlərini dağıtmaq istəyirlər”

Tahir Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb

 

Milli Məclisin iclasında deputat Tahir Kərimli İstanbul Konvensiyasının qəbulunu yolverilməz hesab edir.

 

Versus.Az xəbər verir ki, T.Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb. 

 

“Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir”.

 

Onun fikrincə, İstanbul Konvensiyası qadın və kişiyə sosial varlıq kimi baxır:

 

“Bu isə yanlışdır. Onda belə çıxır ki, iki kişi bir-birilə evlənə bilər”. 

 

T.Kərimli Türkiyənin İstanbul Konvensiyasını qəbul etməsinə baxmayaraq, orada hələ də məişət zorakılıqlarının olduğunu diqqətə çatdırıb. 

 

Bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya və Azərbaycan konvensiyaya qoşulmayıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr