Deputatdan karantin rejiminə ETİRAZ

11:26 12-03-2021 | icon 540 | Siyasət
Deputatdan karantin rejiminə ETİRAZ

Razi Nurullayev: "Karantini tətbiq etməmək, xəstələrin müalicəsini düzgün təşkil etmək lazımdır"

 

"Vətəndaşlardan karantin rejiminin yenidən tətbiqi və iş yerlərinin qapanması narahatlığı ilə bağlı saysız-hesabsız müraciətlər alıram. Nə etsinlər, evlərinə bir tikə çörək aparırlar, karantin müddətində isə sağ qalmaq üçün mübarizə aparırlar. Polislə vətəndaşları bir də üz-üzə qoymayın".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabındakı paylaşımında deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev bildirib.
 
 
Deputat öz paylaşımında Operativ qərargahı, TƏBİB-i karantin tətbiqindən imtinaya dəvət edib:
 
 
"Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq. Vətəndaşların qarşısına çıxıb cavab verəcəksiniz? Televizor ekranlarında yox, yerlərdə vətəndaşlarla birbaşa təmasda cavab verə biləcəksiniz?
 
Qərarlarınızı televizor ekranlarında yox, camaatın sıx toplaşdığı, etiraz etdiyi yerlərdə birbaşa ünsiyyətə girərək verin və "ləzzət"ini də görün. Mən və onlarla digər deputatlar, xeyli vəzifəli şəxslər və xeyli digər məmurlar bunu edir və taleyinə yazılan ağır ittiham və gözyaşı dolu şikayətləri dinləyir və psixologiyası da pozulur. Bu gün hər kəsin - həm vəzifə daşıyanlaırn, həm də camaatın psixoloqa, psixoterapevtin müalicəsinə ehtiyacı yaranıb. Psixoloqa da, psoxiterapevtə də müraciət etməyə qorxursan ki, deyəcəklər dəli olub. Bizim mentalımız budur.
 
Demək ki, karantini tətbiq etməmək, xəstələrin müalicəsini düzgün təşkil etmək lazımdır.
Birincisi, xəstəxanalara ən ağır xəstələr yerləşdirilsin. Digərlərinin müalicəsi isə yaşadığı yerdə aparılsın. Ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var.
 
Ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün pulsuz dərmanlar çatıdırlsın. Bildiyimə görə də dərmanlar pulsuz verilməlidir. Yoxsa xəstə özü yaxud da qohumları bütün ölkə boyu dərman axtarışına çıxır, pulu olmayanlar da bir neçə ilə qaytara bilməyəcəyi borca düşür.
 
Xəstələrin müalicəsi üçün bütün vacib mərhələlər televiziya ekranlarında reklam formasında əhaliyə izah edilsin, dərmanların adı göstərilsin və atılma qaydalaır izah edilsin. Qoy insanlar özləri də müalicə ilə məşğul olsunlar. Vətəndaş niyə gözləsin ki, ona dərmanı həkim yazsın? Məgər, istisnalar olmaqla mülaicə hər kəs üçün eyni deyil? Sadəcə, 14 və 21 günlük pulsuz dərmanları paket şəklində xəstələrə çatdıqmaq lazımdır. Belə olarsa, ajiotaj da olmaz.
 
Xəsətlərin sayı bilirsiniz harada artır? Marşrut avtobuslarında az qala üst-üstə gedən sərnişinlər vasitəsilə. Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin, Vallah yazıqdırlar.
Karantin rejimi olacaqsa, qətiyyətlə etirazımı bildirirəm. Qərar verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalsuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr