“İşğaldan azad edilmiş ərazilərdə bir milyon insanın məskunlaşdırılması planlaşdırılır”

11:05 13-03-2021 | icon 420 | Qarabağ
“İşğaldan azad edilmiş ərazilərdə bir milyon insanın məskunlaşdırılması planlaşdırılır”

Hər kəs bilir ki, Azərbaycan dövlətinin strateji hədəflərindən olan Qarabağın azad olunması əməliyyatı zəfərlə başa çatdı və bu qələbə Azərbaycan xalqına böyük məmnunluq hissi yaşatdı. Lakin bundan sonra Azərbaycan dövləti qarşısında böyük strateji hədəflər dayanır - Bu ərazilərin məskunlaşdırılması, yenidən qurulması, bərpa olunması və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması... Bu da öz növbəsində çox mürəkkəb və böyük əmək, vəsait tələb edən prosesdir.

 

Versus.Az xəbər verir ki bunu açıqlamasında AMEA-nın İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağa qayıdacaq əhalinin bu prosesdə mövqeyi, istək və arzuları öyrənilir:

 

“Bu tapşırıqları yerinə yetirmək üçün üzv olduğum qurumların nəzdində olan akademik və təhsil məsələləri üzrə İşçi Qrupunda oraya qayıdacaq əhalinin proqznolaşdırılması və effektiv repatriasiyası məsələsi ilə bağlı tədqiqat işləri aparılır. Bu işlərin müvəffəqiyyətlə aparılması üçün həm tədqiqat qrupu yaradılıb, həm də qərara alınıb ki, bu sorğu vasitəsi ilə əhalinin mövqeyi öyrənilsin. Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif istiqamətləri əhatə edən 17 işçi qrupu var. Bunlar kənd təsərrüfatı, ekologiya, şəhərsalma və digərləridir. Bunlar hamısı bu aparılan sorğunun nəticəsini gözləyir ki, əhalinin istəklərini bilsinlər. Neçə insanın qayıdacağı gözlənilir, hansı şərait istəyirlər, neçə ev, məktəb tikilməlidir və neçə iş yerləri açılmalıdır. Ona görə bu işlərin yaradılması üçün sorğuya böyük ehtiyac var. Düzdür, dövlətin öz proqramı var və planlı şəkildə orada işlər görüləcək, ancaq əsas məsələ 30 ildir öz torpaqlarından didərgin düşmüş insanların orada olacaq şəraitidir. Nəticə etibarı ilə 1 milyon insanın orada məskunlaşdırılması planlaşdırılır”.

 

A.Musayev əlavə edib ki, müharibə də göstərdi ki, bütün Azərbaycan Qarabağla nəfəs alır və hər bir vətəndaş orada özü üçün şərait qura bilər:

 

“Öz yurdlarından didərgin düşən insanların geri qaytarılması, məskunlaşdırılması dövlətin bilavasitə strateji hədəfidir. Bu hədəfi yerinə yetirmək üçün əhalinin bu prosesdə aktiv iştirak etməsi vacibdir. Eyni zamanda, bu sorğunun nəticəsi olaraq ora qayıdacaq insanların peşəsi və təhsil səviyyəsi müəyyən olunacaq və indidən o əhalinin orada iş yerləri ilə təmin olunmasına baxılacaq”. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ