"Dialoq siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcək"
Fuad Əliyev: "Demokratik cəmiyyətin inkişafında siyasi qüvvələrin inteqrasiyası normaldır"
“Ölkədəki dialoq mühiti siyasətdə yeni konsolidasiyalara və demokratik ənənələrin inkişafına yol açır. Bu baxımdan Yeni Azərbaycan Partiyasına 6 siyasi partiyanın qoşulması ölkəmizdə dialoq mühitinin daha da dərinləşməsinə xidmət edir. Hesab edirəm ki, bu qoşulma faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir”.
Versus.Az xəbər verir ki, bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri deyib ki, siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi ictimai rəydə hakimiyyətin nüfuzunun daha da artmasından xəbər verir:
“Eyni zamanda, ideoloji cəhətdən bir-birinə yaxın olan digər partiyaların da birləşməsi baş verə bilər. Ona görə ki, demokratik cəmiyyətin inkişafında siyasi qüvvələrin inteqrasiyası normal haldır. Bir məqamı da qeyd edim ki, siyasi partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiəsi üçün yeni imkanlar yaradır”.
Fuad Əliyevin sözlərinə görə, ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi sistemin inkişafına öz müsbət təsirini göstərəcək:
“Bu istiqamətdə atılan addımlar milli həmrəyliyə və sağlam dialoqa xidmət edir. Sözsüz ki, siyasi dialoqun daha da inkişaf etdirilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi öz səmərəli fəaliyyəti ilə xüsusi rol oynayır”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”