ALDP MER SEÇKİLƏRİnin keçirilməsi ilə bağlı TƏKLİFLƏR hazırlayır
Nizami Verdiyev: "Onda Bakının infrastrukturunun yenidən və düzgün qurulmasına nail olmaq olar"
“Bakı şəhər merinin seçki yolu ilə seçilməsi təkçə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklə bağlı deyil".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
N.Verdiyev Bakı şəhər Mer seçkilərinin keçirilməsinin vacib olduğunu vurğulayıb:
"Seçki ona görə keçirilməlidir ki, Bakı şəhər meriyasının öz büdcəsi, özünün icra strukturları olmalıdır, Bakı şəhər bələdiyəsi yaranmalıdır. Bu icra strukturlar müstəqil olmal, heç bir nazirliyə tabe olmamalıdırlar, ancaq Bakı merinə tabe olmalıdırlar. Görülən işlər vahid mərkəzdən idarə olunmalıdır. Seçkilər keçirilsə və yuxarıda qeyd etdiyim məsələlər həyata keçsə, onda Bakı şəhərinin infrastrukturunun yenidən və düzgün qurulmasına nail olmaq olar".
ALDP yetkilisi Bakı şəhər mer seçkilərinin keçirilməsilə bağlı təkliflər hazırlayaraq dövlət strukturlarına göndərəcəklərini qeyd edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”