Bu gün hökumət deputatlara hesabat verəcək
Bu gün Milli Məclisin növbəti iclasıdır.
Versus.Az xəbər verir ki, iclasda Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcəyi gözlənilir.
Bundan əlavə iclasda Hesablama Palatasına sədr müavini və auditorlar təyin olunacaq.
Nəsir Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Bayramov, Hilal Hüseynov və Vəfa Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunur.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”