"Kimlərsə Nəcməddin Sadıqovu qoltuğunun altına alıb malalayır"
Hafiz Hacıyev: "Dəfələrlə demişik ki, ordunun içinə atılmış zümrələr var, bunlar həll edilmədikcə..."
“Hüquq-mühafizə orqanları bu məsələdə öz qətiyyətini göstərməli və qanunun aliliyini sübut etməlidir”.
Versus.Az xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun və 100-dən artıq hərbi hissə komandirinin həbs edilməsi haqda yayılan xəbərlərlə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri qeyd edib ki, ordudakı satqınların aşkar edilərək məsuliyyətə cəlb edilməsi qaçılmazdır və Rövşən Əkbərovun həbsi də bu zərurətdən yaranıb:
“Rövşən Əkbərovun həbs edilməsi zəruri idi. Bir Rövşən Əkbərov deyil ki, əksəriyyəti həbs edilməlidir. Hər kəs gördü ki, müharibə dönəmində bizim nə qədər generalımız, yüksək çinli zabitlərimiz satqın çıxdı. Hətta ermənini gətirib polkovnik rütbəsi verib ordunun içinə buraxmışdılar. Bunların hamısı çözülməlidir".
Müharibənin hələ bitmədiyini vurğulayan H.Hacıyevin fikrincə, müharibə bundan sonra başlayır. Onun sözlərinə görə, əsas Nəcməddin Sadıqov bunların başında durur:
"İndi kimlərsə Nəcməddin Sadıqovu qoltuğunun altına alıb malalayır, ancaq bu, xalq arasında ikrah hissi doğurur.
Burada dövlət öz prinsipiallığını ortaya qoymalıdır. Hüquq-mühafizə orqanları bu məsələdə öz qətiyyətini göstərməli və qanunun aliliyini sübut etməlidir. Dəfələrlə demişik ki, ordunun içində atılmış zümrələr var, bunlar həll edilmədikcə, Qarabağda tam qələbəyə nail ola bilməyəcəyik”. /yenicag.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”