"Torpaqlarımızı darmadağın, viran vəziyyətdə görmək çox üzücüdür" - FOTO
Fuad Əliyev: "İnanıram ki, başladığımız bərpa işləri sürətli şəkildə aparılacaq"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev işğaldan azad edilən Ağdam şəhərinə səfər edib.
Versus.Az xəbər verir ki, səfər təəssüratlarını bölüşən partiya sədri bildirib ki, torpaqlarımızı darmadağın, viran vəziyyətdə görmək çox üzücüdür. Budur erməni vandalizmi:
“Bir sözlə - dəhşət! Erməni faşistlərin Ağdam şəhərini xarabalığa çevirdiyini öz gözlərimizlə gördük. Qəzəb hissləri sevinc hisslərilə qarışmışdı. Erməni faşistləri qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar, tarixi abidələri yerlə, yeksan ediblər. Ağdam şəhəri və kəndlər isə ümumiyyətlə sıfırdan bərpa olunmalıdır. Böyük ərazi minalanıb. Bizi çox ağır bərpa işləri gözləyir. İnanıram ki, bu bərpa işləri sürətli şəkildə aparılacaq. Biz Ağdam faciəsini unutmamalıyıq. Unutsaq, onda o torpaq bizi bir daha bağıslamaz.”
"Ermənilər bu vandalizmə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bu təkcə bizə görə yox, bu bəşəriyyətə qarşı cinayətdir"- ALDP sədri bildirdi.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”