MMP-nin Ağsu rayon təşkilat sədri dələduzluğa görə partiyadan qovuldu
Onun barəsindəki şikayət məktubu Respublika Prokurorluğuna göndərildi
Müasir Müsavat Partiyasının (MMP) Ağsu rayon təşkilatının sədri Gülbəy Əmirovun partiyanın adından istifadə edib, vəzifəli şəxsləri şantaj etməklə hədə-qorxu yolu ilə pul tələb etdiyi iddia olunur.
Versus.Az xəbər verir ki, bu barədə MMP-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, G.Əmirovun bu neqativ əməlləri ilə bağlı patiyaya məktub ünvanlanıb. Məktubda G.Əmirovun vəzifəli şəxsləri şantaj edərək pul tələb etməsi barədə ətraflı yazılıb.
Sözügedən məktub MMP-nin İdarə Heyətinin iclasında müzakirə edilib və qərara gəlinib ki, araşdırılması və şəxsin cəzalandırılması üçün respublika prokurorluğuna göndərilsin. Bundan başqa G.Əmirov Ağsu rayon təşkilat sədrliyi vəzifəsindən uzaqlaşdırılıb, eyni zamanda partiya üzvülüyündən çıxarılıb.
MMP sədri Hafiz Hacıyev partiyanın sədr müavinlərinə tapşırıb ki, bundan sonra da partiya üzvüləri, təşkilat sədrləri tərəfindən bu cür neqativ hallara yol verilərsə, onların barələrində ciddi ölçü götürülsün.
Qeyd edək ki, MMP-nin Nizamnaməsinin 5.1 maddəsinə əsasən partiya üzvünün fəaliyyətinə aşağıdakıhallarda son qoyulur:
- Vəfat etdikdə;
- ruhi xəstəliyə düçar olduqda (tibbi arayışla təsdiq olunduqda);
- partiya üzvülüyündən imtina etdikdə;
- “siyasi partiyalar haqqında” qanunu pozduqda, partiyanın Proqram və Nizamnaməsinə zidd hərəkətlərə yol verdikdə (Siyasi Şuranın qərarı ilə);
Digər partiyalara üzv olduqda.
İdarə Heyətinin iclasında o da vurğulanıb ki, MMP 18 illik fəaliyyəti boyunca heç vaxt bu cür neqativ hallara yol verməyib. Partiya hər zaman korrupsiyaya, rüşvətxorluğa qarşı çıxıb, düzgün, təmiz siyasi yol tutub və dövlətçilik prinsiplərinə sadiq olub. Buna görə də MMP G.Əmirov kimi insanları öz sırasında görmək istəmir.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”