ALDP sədri nardaranlılarla bağlı prezidentə müraciət etdi
Fuad Əliyev: "Xahiş edirəm Nardaranda polis postlarının ləğvi ilə bağlı qərar verəsiniz"
“Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.”
Versus.Az xəbər verir ki, bunu növbəti əfv sərəncamı ilə bağlı açıqlamasında Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyev əfv edilənlər arasında bəzilərin elan etdiyi bir sıra siyasi məhbus, həmçinin Nardaran hadisələrinə görə həbs olunanların bir qrupunun adlarının olması, olduqca müsbət addım kimi qiymətləndirib:
"Əfv qərarı ölkənin ictimai-siyasi həyatında mövcud olan birlik ab-havasının daha da güclənməsinə təsirsiz ötüşməyəcək".
Daha sonra ALDP sədri Fuad Əliyev Nardaran kəndində qurulan polis postların ləğvi ilə bağlı prezident İlham Əliyevə müraciət etdi:
“Mən bu əfv qərarında bir məqama toxunmaq istayirəm. Qeyd olunduğu kimi, Nardaran hadisələrinə görə həbs olunanların bir neçə nəfəri əfv olunub. Arzu edirəm ki, digərləri də yaxın zamanda azadlığa qovuşsunlar. Nardaran hadisələrdən 5 ildən çox vaxt keçdiyinə və bir neçə nəfərin əfv olunduğuna görə Nardaran kəndində qurulan polis postlarının ləğvi növbəti addım olmalıdır. Nardaran camaatı çox müdrikdir. Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, bu Novruz bayramı günlərində Nardaran camaatını bir daha sevindirərək polis postların ləğvi ilə bağlı qərar versin. İnanıram ki, Nardaran cəmaatı polis postlarının ləğvini müsbət qiymətləndirəcək.”
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”