“Qoy bugünkü vəziyyətdən ermənilər narahat olsunlar” - MÜSAHİBƏ

12:12 22-03-2021 | icon 530 | Siyasət
“Qoy bugünkü vəziyyətdən ermənilər narahat olsunlar” - MÜSAHİBƏ

Fəzail İbrahimli: “Ermənistanın işğalla bağlı bundan sonrakı sözləri ölmüş adam haqqında ballada ola bilər”

 

44 günük Vətən Müharibəsində əldə olunan hərbi qələbədən sonra Ağdam, Kəlbəcər və Laçının bir güllə atılmadan azad edilməsi münharibənin sülhlə əvəzlənməsi prosesində  diplomatiyanın ilk uğuru kimi dəyərləndirilir. Lakin görünən odur ki, üçtərəfli bəynnaməyə əməl etməyən Ermənistan sülhə gəlmir. O zaman Azərbaycan nə zamana qədər səbrlə davranmalı və humanist addımlarını davam etməlidir?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin sədr müavini Fəazil İbrahimli müsahibəsində mövcud vəziyyətlə bağlı ortaya çıxan narahatlıqlara aydınlıq gətirib.

 

- Fəzail müəllim, düşmən məğlub olsa da sülhə gəlmək istəmir, var gücü ilə Qarabağda separatizmi alovlandırmağa çalışır. Ekspertlərin “Qara dəlik” adlandırdığı Laçın dəhlizində sərhədin ermənilər üçün açıq saxlanılması və sülhməramlıların nəzarətində olan ərazilərimizdə yadların özbaşına hərəkətləri ölkənin suverenliyinin və təhlükəsizliyinin pozulması faktı kimi önə çəkilir. Bütün bunların fonunda regionun hazırkı reallığını necə dəyərləndirirsiz?

 

- Bəzən hadisələr elə şişirdilmiş fonda qələmə verilir ki, az qala Azərbaycan üçün “Xandostu, amandı qoyma gəldi...” vahiməsi yaradılır. Bir gerçəklik var - Ermənistan ölmüş bir ölkədir, daxilində partlayış, hakimiyyət üstündə qırğın gedir. Belə bir deyim var, bağanı ya öldür, ya da arxası üstünə çevir. Biz də bu “bağanı” arxası üstə çevirmişik. Bu gün Ermənistanda Qarabağ klanı ilə Yerevan klanı arasında ağır toqquşma var. Buna baxmayaraq, Paşinyanı devirmədilər. Çünki onun hakimiyyətə gəlməsini təmin edən yerli camaat Qarabağ klanının 30 illik işğalından qurtulub. Bundan sonra özlərini təzədən işğal zonasına çevirmək, Sarkisyanın, Köçəryanın, yaxud onlara yaxın adamların hakimiyyəti bərpa etməsini istəməzlər. Paşinyan məğlub olub və işğal edilən torpaqlardan çəkilib. Belə olan vəziyyətdə Ermənistandan bizə hansı təhlükə gələ bilər.

Qarabağda olan separatçılara gəlincə, biz hələ bilmirik bu hansı siyasətin davamıdır. Bir qrup diversant əsir götürüldü, sonra başladılar ki, əsirləri buraxın. Ermənistan ordusu, Xankəndindəki o qurama respublikanın ordusu birləşib nə qələt elədi ki, indi 3-5 nəfər yığışıb hansı qələti etsin?! Bu düşmən 200 il idi ki, xristianın ağuşuna sığınıb orda özünə qurduğu qaladan başımıza güllə-bomba yağdıraraq ən yaxşılarımızı sıradan çıxardırdı. Bizi dünya ictimaiyyətinin gözündən salır, tariximizdə faciələr yaradırdı. Bu gün biz dünya erməniçiliyini yuvasından çıxarıb başını əzdik. Bununla da “böyük ermənistan” ideologiyasının tabutuna axırıncı mismarı vurmuşuq, dəfn olunub o məsələ. Lakin müharibə qurtarandan sonra burda üçüncü dövlətin marağı meydana çıxıb. Bunun da müsbət-mənfi tərəfləri var. Bu gün üçünçü tərəf orda sərhədi qoruyur, qırğın, adam ölümünün qarşısı alınıb.  Elə 1945-ci il böyük vətən müharibəsi qurtaranda tam başa çatması il yarım davam eləmişdi. Bir sözlə, biz qələbəni çalmışıq, status məsələsini də atmışıq zibil yeşiyinə... İndi bizim o ərazilərdə erməni xalqı da yaşıyır. Dünyanın tolerant xalqı olan Azərbaycan təxribatlara uyub təzədən Qarabağda-

Xankəndinə hücum etməz. Biz erməni deyilil. Tədricən bu proses də yoluna düşəcək. Cənab Prezident bəyan edib ki, bir Azərbaycan vətəndaşı kimi ermənilər burda yaşayır, yaşasın... Dünyaya bundan böyük mesaj ola bilməz.

Laçın dəhlizi məsələsinə gəlincə, əgər biz hansısa razılığa gəlmək istəyiriksə, ən cüzi məqamları da nəzərə almalıyıq. Üç rayonun güllə atılmadan işğaldan azad olunması naminə hansısa güzəştli addım atılmalı idi. Bu da oldu Laçın dəhlizinin açıq qalması. Amma bu məsələ də tədricən yerinə düşəcək. Hələlik isə bölgədə olan reallıq budur ki, biz qalibik.

Vaxtilə biz Minsk Qrupunun antropoloji cəhətdən uğursuz olan o sifətinə baxıb nəsə umurduq. İndi onlar bizdən umur. Diqtə edən tərəflər dəyişib. Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər, boz sifətlər, nimdaş üzlər var və olacaq. İçərimizdə və xaricdə olan ermənipərəst qüvvələr bizə təsir etməyə çalışacaqlar. Bunlar hamısı boşdur. Qalib ölkə ittiham olunmur.

 

- Sülhməramlıların erməni silahlıları ilə birlikdə təxribatçı əməliyyatlarda iştirak etmələri, erməni silahlılarının çıxarılmaması istər-istəməz cəmiyyətdə narazılıq yaradır. Nəhayət, sülh naminə sülhməramlılarla bağlı problemlər aradan qaldırılmalıdırmı?

 

- Təbii ki, həllini tapmalıdır. Amma bunun da zamana ehtiyacı var. Belə məsələlər bir günün içində həll olunmur. 30 illik narahatçılığımıza 44 gün ərzində son qoyuldu. 10 noyabr atəşkəs bəyannaməsi olmasaydı, bu müharibə bir qədər də davam edə bilərdi. Düşmən ərazilərdə möhkəm istehkamlar qurmuşdu. Onun yarılması qan, can bahasına olacaqdı. Bu suala dövlət başçısının gözəl bir ifadəsi ilə cavab verərdim: mən nəyin nə vaxt və necə həll edilməsini yaxşı bilirəm. Ona görə də siyasətdən kənar adamlar, çayı qabağına qoyub filosofluq eliyənlər, hərbi bilməyənlər belə məsələlərə yersiz müdaxilə etməməlidir.

 

- Hərbi ekspertlər hesab edirlər ki, əgər Ermənistan sülh müqaviləsi bağlamayıbsa, müharibə riski açıq qalır. Ermənistan “dava-dava” deyir. Niyə sülh müqaviləsi bağlanmır?

 

- Ermənistan öz məğlubiyyətini işğal etdikləri ərazilərdən geri çəkilməsi kimi qiymətləndirmir. Ermənilər özlərində guya öz ərazilərindən geri çəkilmək kimi yalan fikir formlaşdırıblar. O sülh müqaviləsi Paşinyanla bağlanmalıdır. Birincisi, Paşinyanın buna istəyi yoxdur. Əgər sülh müqaviləsini bağlasa, ermənilər onu asarlar. Amma özünü elə qələmə verir ki, guya imam övladıdır, guya xalqı bunu sülh müqaviləsini bağlamağa qoymur. Yox, o da ermənidir, onlara etibar yoxdur. Digər tərəfdən, sülh müqaviləsinin bağlanılması da vaxt tələb edən bir məsələdir. Ermənilər indən sonra  gözləyəcəklər ki, Qarabağda status alsınlar. Amma bu məsələ müzakirə olunub sona çatana qədər də Dağlıq Qarabağda bir dənə erməni qalmayacaq. Burda çox mübahisə doğuran məqamlar var. Azərbaycan vətəndaşı başa düşməlidir ki, Azərbaycan qalibdir, istənilən vaxt Ermənistanın ata biləcəyi addıma qarşı Dəmir Yumruğu ilə dayanıb.

 

- Fəzail müəllim, xarici güclərin – Fransanın, Amerikanın, Avropanın müxtəlif cəhdlərlə Azərbaycana qarşı sanksiya tətbiqinə çalışması nə ilə bağlıdır. Nəyi həzm edə bilmirlər - Azərbaycanın qələbəsini, Türkiyənin regiona daxil olmasını, yaxud Rusiyanın regionda söz sahibi olmasını?

 

- Avropa ölkələrinin Azərbaycanla bağlı addımlarına görə kimdəsə hansısa bir təəccüb yaranırsa, mən həmin adama qibtə edirəm. Bizim təəccüb mərkəzimiz avropalıların bizə olan münasibətindən bu günə qədər iflic olmalı idi. Avropada bizə nə vaxt qayğı göstərib, nə vaxt bizim haqq işimizi müdafiə ediblər. Elə 1920-ci ildə Azərbaycan dövlətinin məğlub olmasına rəvac verənlər Avropa dövlətləri deyildimi? Avropa dövlətlərini burada hansı millətlərin yaşaması yox, regionda öz nüfuzunu necə qüvvətləndirməsi narahat edir. Avropanın, Amerikanın bu saat “Ermənistanın Qarabağdakı mövqeyini müdafiə eləyim” düşüncəsi yoxdur. Bu absurddur. Bayden yatıb yuxuda görmür ki, ay aman Qarabağı ermənilərə qaytarmaq lazımdır. Belə məsələ yoxdur. Onlar regionda möhkəmlənmək istəyirlər. Ukraynada da möhkəmlənmək istəyirlər. Orda rusa qarşıdır, burda Azərbaycana qarşıdır. Bunlar istəyir ki, Ermənistandakı siyasi  hakimiyyətə gələn qüvvələr Amerikapərəst qüvvələr olsun. Paşinyan özü onların şinelindən çıxmış adamdır. Ona görə də bu gün onları devirə bilmirlər. Avropa bizim sərhədləri olduğu kimi qəbul edib. Bu baxımdan düşünürəm ki, bu məsələdə problem yanaşma tərzindədir. Heç kəs düşünməməlidir ki, Baydenin Paşinyana Qarabağdan çıxdığına görə ürəyi yanr. Bayden üçün də heç bir fərqi yoxdur ki, Qarabağ kimdədir.

O ki, qaldı Türkiyəyə, heç bir qüvvə Türkiyənin regiondakı mövqeyini zəiflədə bilməz. Artıq Türkiyə Azərbaycandadır. Rusiya bu məsələdə ən böyük problem törədən dövlətdir.  Amma Rusiyanın özünün də Türkiyəyə çox böyük ehtiyacı var.  Çox qəribədir, 1920-ci il mart ayının 16-da Antanda qoşunları İstanbula girdi, Türkiyə 1-ci dünya müharibəsində məğlub olmuşdu, Türkiyəni bölüşdürdülər. Fransa, İngiltərə sevgisi olanlar bir oyuncaq dövlət yaratdılar və Anadolu sərhədlərində ona dövlət verdilər. Atatürkü düşmən elan etdilər, böyük Ermənistan, Böyük Yunanıstan yaradılmasına rəvac verdilər. Atatürk gəldi, bu problemləri həll elədi və Türkiyəni qurtardı. Onda da  Türkiyənin bölüşdürülməsi siyasəti gedirdi. Türkiyə tənha qaldı. Atatürk 23-cü ildə cümhuriyyəti qurandan sonra tənha qaldı, Avropa dövlətləri ilə düşmən oldu, ərtrafında heç bir dostu yox idi. Eynilə bolşeviklər hakimiyyətə gəldi, onların da güvənc və güvən yeri olmadı. Dünyada qəbul olunmayan iki hakimiyət - Leninin – bolşeviklərin- hakimiyyəti və Atatürkün demokratik cümhuriyyəti. Bunlar məcbur olub bir-birinin əlindən tutdular. Sevgidən yox, yaşamaq üçün. Bax həmin situasiya bu gün də təkrar olunur. Türkiyənin gücü böyük dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır. Rusiyanın da başının üstündə qara buludlar fırlanr. Bunların ikisinin birgə hərəkət etməsi bugünkü dünyanın bunlara qarşı olan  münasibətlərinə böyük sipər ola bilir. Ona görə də Qafqazda düşünülmüş, kifayət qədər azərbaycanın xeyrinə olan proseslər gedir. Biz də qələbə çalıb oturmuşuq “ağ atın” belində. İnşaallah bu atı çapıb Xankəndini də keçib prosesi tamamlayacağıq.

 

- 1992-ci ildə ABŞ konqresində 907-ci düzəliş oldu. Həmin düzəlişdə Azərbaycanın Ermənistanı blokadaya alması ilə bağlı ittihamı var. Hansı ki, həmin illər işğalçı Ermənistan Azərbaycana qarşı soyqırım, təcavüz həyata keçirmişdi. Bu sənədin ləğvi ilə bağlı Azərbaycan tərəfi beynəlxalq müstəvidə iddia qaldırmağı düşünürmü?

 

- Amerika o sənədlə bizə ianə verməkdən imtina etdi. O vaxt SSRİ, digər sosializm dövlətləri dağılmışdı. Ayrı-ayrı ölkələrdə yeni quruluş yaranırdı. Düzəliş də ona görə idi ki, çətin duruma düşmüş ayrı-ayrı dövlətlərə kömək etsinlər. O zaman buna ehtiyacımız var idi, amma indi yoxdur. Ola bilsin ki, Bayden siyasi hakimiyyətə gələnə qədər ermənilərin səsini almaq üçün çox pafoslu düşüncələr, fikirlər səsləndirib. Amma indi hakimiyyətə gəldikdən sonra artıq onun düşüncələrində erməni marağı yox, region, Qafqaz marağı var. Qafqaz da tək erməninin deyil. Düzdür, orda konqresə, konqresmenlərə təsir etmək üçün güclü erməni lobbiçliyi var. Amma bu o demək deyil ki, dünya onlardan ibarətdir. Bizim də Türkümüz var, silahımız var. Ona görə də mən bu məsələlərdə çox nikbinəm və istərdim ki, xalqımız da, camaatımız da nikbin olsun. Prezidentimiz ilaxır çərşənbəni gedib Qarabağda keçirtdi, Şuşada-Cıdırdüzündə Bayramtonqalı qaladı. Bu o mesajdır ki, mən ən müqəddəs bayramımı da Qarabağda keçirdirəm. İnşaallah Qarabağ bərpa olunacaq, bütün söz-söhbətlərə nöqtə qoyulacaq. Mən bunu təskinlik üçün demirəm, buna tam əminəm. Çünki bir qədər əvvəl bizim yuxumuza da girməzdi ki, biz belə sürətlə, bu cürətlə düşmənin başını əzə biləcəyik. Tanrının və dövlət başçımızın iradəsi, qətiyyəti, şücayəti, diplomatik gedişləri, ideoloi cəbhədəki mübarizəsi və ordumuzun gücü, qüdrəti bizi bu qələbəyə gətirib çıxartdı. İndi bizim siyasi sabitliyimiz var, ordumuz güclənir, ölkənin vahid baş komandanlığı var. Bizim prezidentimiz dünya dövlətləri başçılarının sırasında ən ucada dayanır. Qoy bugünkü vəziyyətdən ermənilər narahat olsunlar. Artıq bundan sonra Ermənistanın işğalla bağlı sözləri ölmüş adam haqqında ballada ola bilər.

 

- Fəzail müəllim, ABŞ Konqresində, Avropada, Rusiyadan Azərbaycana qarşı edilən bir sıra çıxışların önündə erməni güclərinin, lobbiçilərinin, diasporasının milyonçularının dayandığı faktdır. Niyə Azərbaycanın xaricdəki “yumşaq gücü” öz ölkəsinin təhlüksizliyinin təmin olunması üçün kənardan müdafiə ehkamları qura bilmir?

 

- 1991-ci ildən hesablasaq, bizim müstəqilliyimizin 30 yaşı var. Diasporamız da gəncdir. Hələ 1918-ci il cümhuriyyət dövründə Azərbaycanın bir vəkil tutub Amerikada təbliğat aparması üçün pulu yox idi. Azərbaycan cümhuriyyətinin varlığını təbliğ etmək üçün 50 min dollara zorla vəkil tutmuşdular. Amma o zaman Amerikada Müstəqil Erməni Dövləti Qurumu yaradılmışdı və onlar Ermənistanı təbliğ edirdilər. Görün neçə illər keçib... Yəni bu gün 70 yaşlı püxtələşmiş adamı, 20 yaşlı gənclə müqayisə etmək olmaz. Digər tərəfdən, mən sizə bunların Azərbaycandan bir fərqli cəhətini deyim: 1965-ci ildə Xuruşovdan sonra Brejnevin hakimiyyətə gəlməsindən istidfadə edib, Ermənistanda genosidlə bağlı abidə qoydular. Erməni təzə dil açan uşağını ora gəzdirməyə aparır. Uşaq soruşur bu nədir, ata deyir genosud abidəsi. Uşaq soruşanda genosid nədir. Deyir türklər bizi qırıb. Orda demir ki, Azərbaycan, Orta Asiya, Anadolu, deyir türklər qırıb, genosid edib. Uşağın beyninə gedən ilk siqnal bu olur ki, türk mənim düşməndir. Ermənilər uşaqlarını qisasçı, terrorçu böyüdürlər. O öz milətini sevməlidir, amma başqa millətlərə qarşı da nifrət etməməlidir. Azərbaycan heç vaxt başqa millətə qarşı əks təbliğat aparmır. Bayaq dediyimiz o erməni lobbiləri də bunların o genetik kodunu daşıyanlardır.

Bizim atdığımız addımlara baxın, ermənilərin etdiyi vəhşiliyə baxın. Bizim başımızın üstündə Tanrı var, bir də vicdanımız təmizdir ki, heç bir millətə nə xəyanət, nə təcavüz eləməmişik. Tanrı bizə möhtəşəm bir lider yetirib. Dünya liderləri sırasında hər bir Azərbaycan insanı öz Prezidenti İlham Əlievdən qürur duymalıdır. 44 günlük  müharibə dövründə onun bütün potensialı üzə çıxdı. Məlum oldu ki, millətin xilaskarı kimi tanrı onu bu millətə bəxş etdi. Belə güclü lideri olan dövlətin darıxmağa, çöp götürüb yer qurtdalamağa, xəyanət etməyə, Avropanın ağuşuna sığınmağa, özgə pulu ilə yallanıb Azərbaycana qarşı söz deməyə ixtiyarı olmamalıdr. Həyat sübut elədi ki, Vətən Müharibəsinin qələbəsini təmin edən amillər - Prezidentin qətiyəti, iradəsi, dövlətin ordusu, qeyrətli Azərbaycan gəncləri, əsgərləri və xalqdır. Xalq dövlət liderinin ətrafında birləşdi. Vətən müharibəsində 50 siyasi partiya hər şeyi kənara atdı. Xalqın monolit birliyi dünyaya nümunə oldu. Dövlət, millət sevgisi, millətin özünüdərki, ən əsası isə millətin dövlət başçısına sevgisi idi.

 

- 1991-2021-ci illər üzrə 30 illik dövrü təhlil etsək görərik ki, Ermənistandakı hakimiyyətlər daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçib. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə törətdiyi cinayətlər onların hansı xarakterini ortaya qoyur?

 

- Bunlar faşist Njdeyə heykəl qoyurlarsa, artıq bu, erməni kimliyini sübut edir. Xocalı soyqırımını törədənlərdən nə gözləmək olar?! Faşistpərəst, faşist Ermənistanın faşist ordusu Hitlerin etdiyi əməlləri təkrarladı. Azərbaycan bunu edə bilməz. Azərbaycan erməni kimi qaniçən genetik kodu daşımır. Biz təkcə yaxın 30 ilə nəzər salırıq. Amma 1918-ci il mart soyqırımını bilənlər ermənilərin son illər törətdiyi bu vəhşiliyə təəccüblənməz. Represiyaya məruz qalanlar buna təəccüblənməz. Bu, erməni xisləti, əxlaqıdır. Azərbaycanın mülki ermənilərə, əsir götürülmüş erməni qadınına sərgilədiyi humanist münasibət bəllidir. Ermənilər isə bizim əsirlikdə olanlarımıza zülm edirlər. Bu gün ermənilər tünd sirkədir. Tünd sirkə isə öz qabını çatladar. Biz bu qələbədə qalib olduq, başımızı dik tutmuşuq, qürurumuz özümüzə qayıdıb. Biz Himnimizi oxuyrduq, sonra da fikirləşidrim ki, “səndən ötrü qan tökməyə cümlə hazırıq, səndən ötrü can verməyə cümlə qadirk”sə axı niyə bunu   eləmirik. İndi o himni oxumağa haqqımız var. Qan da tökdük, can da verdik, hüququndan keçən əsgər hərə bir qəhrəman oldu. Ruhları şad olsun. Bizim Vətən Müharibəsindəki qələbəmiz, dövlət başçısının həyata keçirdiyi bu qalib müharibə bizi ucalığa gətirib çıxartdı. Qoy Tanrı bizi həmişə ucalarda saxlasın. Tarixin bütün keçməkeşlərindən keçən, əzilməyən, əzilən üzülməyən, mayeyə çevirmək istəyərkən bərkiyən, qul etmək istəyəndə öz azadlığı uğrunda savaşan bu xalqı Tanqı qorusun! Qalib ölkənin Novruz Bayramı mübarəkdir!

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr