Avropanın çürümüş demokratiyası - “Human Rights Watch”

13:55 26-03-2021 | icon 655 | Siyasət
Avropanın çürümüş demokratiyası - “Human Rights Watch”

Fazil Mustafa: “Biz həqiqətləri özümüz dünyaya çatdırmalıyıq”

 

“Human Rights Watch” Azərbaycanda saxlanan erməni əsirlərlə bağlı qərəzli hesabatı beynəlxalq ictimaiyyəti çaşdırır. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, Azərbaycanda soyqırımlar, qırğınlar törədən bu “demokratiya və hüquq” carçıları nədənsə erməni cinayətlərini qulaqardına alıb, ölkəmzə qarşı cəfəng çıxışlarından əl çəkmir.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Fazil Musatafa “Human Rights Watch”in öz ampluasına uyğun olaraq şıxış etdiyini vurğulayıb.

 

Onun sözlərinə görə, bu təşkilat arada guya Azərbaycanın mövqeyinə yaxın mövqe ifadə eləsə də, əsl üzünü göstərir:

 

“Biz həqiqətləri özümüz dünyaya çatdırmalıyıq. Çünkü bu cür qərəzli yanaşmalar birinci dəfə deyil. Bu təşkilatdan belə bir qərəzli hesabatın verilməsində də təəccüblü bir şey yoxdur. İnformasiya məkanımız daha çevik işləməlidir və belə təxribatların qarşısı alınmalıdır”.

 

Millət vəkili bildirib ki, insan hüquqlarının qorunmasından danışan və müharibə cinayətlərini törədənlərin haqsız müdafiəsinə qalxan bu qurum haqqı qorumaq istəyirsə, ermənilərin Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsinin bizə verilməsini təmin etməlidir:

 

"Çünki həmin o erməni cinayətkarlarının basdırdığı minalar bu gün xeyli mülki, hərbi insanımızın həlak olmasına səbəb olur. “Human Rights” niyə bunu görə bilmir?! Bu təşkilat bu işlə məşğul olsa daha böyük fayda vermiş olar". /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr