"Avropanın demokratiyası çoxdan çürüyüb"

14:55 26-03-2021 | icon 583 | Siyasət
"Avropanın demokratiyası çoxdan çürüyüb"

Fəzail İbrahimli: "“Human Rights” kimi təşkilatların çıxışlarını göydə aya hürüməsi kimi qəbul edirəm”

 

44 günlük vətən müharibəsindən sonra torpaqlarımızı maddi-mədəniyyət abidələrimizi dağıdan, bütün ərazilərimizi minalayan, müharibədən sonra da 10-larla hərbçi və mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasından, minalanmış ərazilərin xəritəsinin verilməsinə yönəlik heç bir addım atmayan bu üzdəniraq hüquq müdafiəsi təşkilatı olan "Human Rights" nədənsə Ermənistandan etdiyi cinayətlərə görə hesabat istəmir. Və beynlxalq təşkilatlar yenə də ikilistandartlardan əl çəkmir?

 

Versus.Az xəbər verir ki, millət vəkili Fəzail İbrahimli açıqlamasında bildirib ki, “Human Rights Watch” (HRW) Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunu iddia etməsi qərəzli yanaşmanı əks etdirir.

 

Onun sözlərinə görə, qələbəyə qədər bu cür bitərəfli, qərəzli siyasət yürüdənlərin çıxışlarından narahat olurduqsa, bu gün belə hallar bizi təəccüblənirmir:

 

“Ermənipərəst qüvvələr sakit oturmayacaq. Biz psixoloji, siyasi cəhətdən buna hazır olmalıyıq. Nə vaxt bizdən nəyisə qoparmaq istəyəndə bir erməni kartını atacaqlar ortaya, bu da hamıya bəs edəcək. Amma deyir dəyirman bildiyini edir, çax-çaxı baş ağrıdır”.

 

Millət vəkili bu təşkilatın işğalçı dövlətin başqasının ərazilərində basdırdığı minaların xəritəsini niyə verməməsi ilə bağlı məsələnin qaldırılmadığı səbəblərinə toxunub:

 

“Burda bir xristian təəssübkeşliyi var.  Deyir, “ətini yeyəndə, sümüyünü bir yerə yığır”. Bir müsəlman dövləti olaraq müharibədə qələbə qazanmağımız, dünyaya nümunə olan döyüş nümayiş etdirməyimizi həzm edə bilməyəcəklər. Həmin o təşkilatların bir çox üzvləri ermənilərin maliyyəsi ilə yaşayır. Mən Avropa Şurasında Azərbaycan nümayəndə heyətində iştirak edəndə ermənipərəst deputatların necə fəal olduğunu görmüşəm. Çünki onların həyatı, fəaliyyəti erməni lobbisindən asılıdır”.

 

F.İbrahimli bildirib ki, Avropanın demokratiyası çoxdan çürüyüb:

 

“Hələ 1912-ci ildə Balkan müharibəsində müsəlmanları kütləvi şəkildə qətlə yetirdilər. Amma Avropa, rus mətbuatı bunun əksini yazdı. O vaxt Əhməd Ağaoğlu bununla bağlı “Balkan vəhşiliyi və rus mətbuatı” adlı maraqlı məqalə yazdı. Orda deyir ki, Balkan müharibəsinə qədər bizim də arzumuz Avropa demokratiyasına qovuşmaq idi.  Avropa demokratiyası bizim üçün bir yol göstərən düşüncə idi. Amma  Balkan müharibəsindən sonra demokratiyanın rəngi dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası İran bazarını dolduran üstübəzək, içi çürük mallardan başqa bir şey deyil. Bu ötən 30 il ərzində demokratiyanın rəngi qaraldı. İnsan hüquqları, insan müdafiəsi gülünc  ifadəyə çevdildi. Ona görə də bu cür “Human Rights” kimi təşkilatların çıxışlarını göydə aya hürüməsi kimi qəbul edirəm”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr