Fuad Əliyevdən mərkəzi bangın yeni binası məsələsinə sərt reaksiya
"Bu binaya çəkiləcək xərc şəhid ailələri və qazilərə şamil edilə bilərdi"
Xural TV-nin “Siyasət meydanı” verilişində Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycanın siyasi durumuna dair bir çox məsələlərə aydınlıq gətirib.
Versus.az xəbər verir ki, Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manatın xərclənməsi nəzərdə tutulmasına sərt reaksiya verən Fuad Əliyev deyib ki, cəmiyyətdə bu xəbər heç də müsbət qarşılanmayıb:
"Hamı öz etirazını bildirdi. Mərkəzi Bank üçün bu bina xalqımıza 400 milyon manatdan (218 milyon avro) artıq başa gələcək. Bunun əvəzinə şəhid ailələrinə, qazilərə, veteranlara veriləcək təqaüd və müavinətləri ciddi şəkildə qaldırmaq olardı.”
“İctimaiyyətin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir”- ALDP sədri bildirib.
Sosial problemlərə toxunan ALDP sədri bildirib ki, qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər:
“Əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanlar hər il üç komissiyadan keçirlərlər ki, aldığı əlillik qruplarını təsdiq etsinlər. Bu məmurlar fikirləşirlər ki, bir ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq."
Fuad Əliyevin sözlərinə görə, bəzi məmurlar qazi və onların ailə üzvlərindən əlillik qrupu almaq üçün rüşvət tələb edirlər:
"Bəzi məmurlar isə - “almısan 8 min, o puldan bizə də ver sənə əlillik qrupu yazaq”- deyirlər!".
İşğaldan azad olunan Qarabağa səfərdən söz açaraq, Fuad Əliyev, Şuşa şəhərində partiyaların dəyirmi masa keçirilməsini nəzərdə tutduğunu qeyd etdi:
“Bəli, Qarabağa səfər etməyi planlaşdırıram. Partiya rəhbərliyi bunu yay aylarına planlaşdırır. Azad olunan şəhərlərin birində, misal üçün, Şuşada dəyirmi masa təşkil etməyi düşünürük.”
SEVDA
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”